“Zolaqlılar” uğursuz zolaqdan çıxa biləcəkmi?

zolaqlilar-ugursuz-zolaqdan-cixa-bilecekmi
Oxunma sayı: 641

“Qafqazinfo”nun verdiyi xəbərə görə, ilk oyun günündə 2 qarşılaşma baş tutacaq. “Bakı” evdə “Sumqayıt Şəhər”lə qarşılaşacaq. Son iki turda AZAL və “Rəvan”la oyunlarda cəmi 1 xal qazanan “zolaqlılar” bu oyunda mütləq qələbə qazanmaq niyyətindədir.
Günün digər qarşılaşmasında “Turan”la “Qəbələ” üz-üzə gələcək. Stadionu cəzalandırıldığından ev oyunlarını müvəqqəti olaraq Şəmkirdə keçirən Tovuz klubu “Qəbələ” ilə oyundan 3 xalla ayrılıb “zirzəmi”ni tərk etmək iddiasındadır.
Turun digər oyunları cümə və şənbə günləri keçiriləcək.

14:00. “Bakı” – “Sumqayıt Şəhər”
Hakimlər: Vüsal Əliyev, Nahid Əliyev, İsgəndər Əliyev, Alik Yunusov.
AFFA nümayəndəsi: Rauf Əmirov.
Hakim-inspektor: Məlik Həsənov.
Bakı. "Bakı" futbol klubunun təlim-məşq bazasının stadionu.

14:00. “Turan” – “Qəbələ”
Hakimlər: Elnur Muradov, Samir Hacıyev, Knyaz Əmiraslanov, Rasim Məmmədov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Hakim-inspektor: Asif Namazov.
Şəmkir. Olimpiya İdman Kompleksinin stadionu.

Ceyhun Əhmədov