Tərtərdə vəziyyət necədir? - Video

terterde-veziyyet-necedir
Oxunma sayı: 3991

Xəbər verdiyimiz kimi, ötən gecədən başlayaraq Tərtərin təmas xəttinə yaxın yerləşən kəndlərini və rayon mərkəzini atəşə tutmağa başlayıblar.

“Qafqazinfo”  Region TV-yə istinadən xəbər verir ki, iriçaplı silahlar və ağır artilleriyadan istifadə edən ermənilərin əsas hədəfi yenə də dinc sakinlər olub. Rayonun Qapanlı, Qarağacı və Yuxarı Qaradağlı, təmas xəttindən uzaqda yerləşən Azadqaraqoyunlu və Köçərli kəndlərinə mərmilər düşüb. Partlayışlar zamanı evlərə, elektrik və qaz xətlərinə ciddi ziyan dəyib.

Rayon mərkəzi də ermənilərin hədəfində olub. Atılan mərmilərdən biri Tərtər şəhəri Teymur Rəhimov küçəsindəki Adikə Mirzəyevaya məxsus fərdi evin həyətinə düşüb. Partlayış zamanı mərmi qəlpələri evin otaqlarına sancılıb.

Mərmilərin partlaması nəticəsində insan tələfatı qeydə alınmayıb.

Rayondan son videogörüntüləri təqdim edirik: