“Qafqazinfo”nun “Media forum”a istinadən verdiyi məlumata görə, əlavədə qeyd olunur ki, informasiyanın əldə olunmasına o şərtlə icazə verilir ki, bu, Azərbaycanın siyasi, iqtisadi və hərbi sahələrdə milli maraqlarının, maliyyə-kredit və valyuta siyasəti sahələrində mənafelərin qorunması, ictimai qaydanın, sağlamlığın və mənəviyyatın qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, kommersiya və digər iqtisadi maraqlarının qorunması, məhkəmənin nüfuzunun və qərəzsizliyinin təmin edilməsi məqsədlərinə zidd olmasın.
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli çıxışında bildirib ki, informasiya əldə edilməsinin məhdudlaşdırılması çərçivəsi göstərilməyəndə bundan sui-istifadə olunur: “Bəzən ehtiyac olmayan yerdə də informasiya əldə etməsinə məhdudiyyətlər qoyulur. Əlavə informasiyanın əldə olunmasının məhdudlaşdırılmasına konkret çərçivələr müəyyən edəcək”.
Prezidentin imzası ilə göndərilən layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Son xəbərlər
Son Xəbərlər