İsmət Əliyev zona müşavirəsi keçirib

ismet-eliyev-zona-musaviresi-kecirib
Oxunma sayı: 2034


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, cari ilin ötən dövründə aidiyyatı xidmət tərəfindən görülən işlər, o cümlədən bələdiyyə seçkiləri ilə bağlı polis orqanlarının qarşısında duran vəzifələrin geniş müzakirə olunduğu müşavirədə respublika daxili işlər nazirinin müavini, polis general-mayoru İsmət Əliyev iştirak edib.

DİN-in Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin rəisi, polis general- mayoru Ərziman Əliyev görülən işlər və xidməti fəaliyyədə buraxılmış nöqsanların aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirlər barədə məruzə ilə çıxış edib.

Daha sonra mövzu ətrafında müxtəlif çıxışlar dinlənilib, müzakirə və fikir mübadiləsi aparılıb.

Polis general-mayoru İsmət Əliyev qarşıda duran əsas vəzifələrdən danışıb.