“Kommersiya sirri haqqında” qanuna dəyişikliklər etirazla qarşılanır

kommersiya-sirri-haqqinda-qanuna-deyisiklikler-etirazla-qarsilanir
Oxunma sayı: 982

Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə Milli Məclisin növbədənkənar iclasında həmkarlarını “Kommersiya sirri haqqında” qanuna dəyişikliklərə səs verməməyə çağırıb. O, qanuna dəyişikliklərin müzakirəsi zamanı bildirib ki, kimlərinsə hansısa müəssisədə olan paylarının ictimaiyyətdən gizli saxlanılması, vətəndaşların informasiya almaq hüququnu məhdudlaşdırır. “Əslində bu məlumatlar cəmiyyət üçün açıq, şəffaf olmalıdır. Əli Hüseynliyə sualım var: bu dəyişikliklər dünyanın inkişaf etmiş ölkələrinin qanunvericiliyi ilə uyğunlaşır, yoxsa ölkənin Avropaya inteqrasiyasına xələl gətirir?” – deyə, A.Mollazadə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynliyə xitab edib. Millət vəkili Avropa ölkələrinin müvafiq qanunvericiliyi ilə üst-üstə düşməyən bu dəyişikliklərə səs verməyəcəyini bildirib və həmkarlarını da analoji addımı atmağa çağırıb.