Mən niyə azərbaycanlı olmağımla fəxr etməliyəm..?

men-niye-azerbaycanli-olmagimla-fexr-etmeliyem
Oxunma sayı: 38782

Azərbaycan xalqının tarixində və taleyüklü məsələlərin həllində müstəsna xidmətləri olan tarixi şəxsiyyətlər,görkəmli siyasət və dövlət adamları çox olmuşdur.Bunlar zaman-zaman gördükləri böyük işləri və əməlləri ilə yaddaşlarda qalmış, heç bir vaxt unudulmamışlar.

Belə tarixi şəxsiyyətlər içərisində Azərbaycan xalqının ümummilli lideri adını qazanmış görkəmli dövlət xadimi,dünya miqiyaslı siyasətçi Heydər Əliyevin xüsusi rolu vardır.Çünki dövlət xadimlərindən ancaq bu dahi şəxsiyyət milli lider səviyyəsinə yüksəlmişdir.

Ən yeni tariximizdə özünə məxsus yer tutan ulu öndər H.Əliyev silinməz iz buraxmışdır.Azərbaycançılıq ideologiyasının banisi,xalqımızın xilaskarı Heydər Əliyev Vətən,millət,dövlətçilik yolunda misilsiz fəaliyyət göstərmişdir.Gənc yaşlarından xalqına xidmət etmiş Ulu Öndərin əməlləri daima yaşardır.
Ümummilli lider Heydər Əliyevin müdrük sözləri də cəmiyyətimizin inkişafında mühüm rol oynayır.Belə dəyərli fikirlərindən biri “Mən həmişə fəxr etmişəm,bu gündə fəxr edirəm ki, mən azərbaycanlıyam” müdrik sözüdür ki,Ulu öndər Vətəninə olan sevgisini belə ifadə etmişdir.Dahi şəxsiyyətin bu fikiri cəmiyyətimizin Vətənə olan münasibətini daha da ciddiləşdirdi.Mən də tələbə gənc olaraq,düşünərək azərbaycanlı olmağımnan fəxr edirəm.Vətən o qədər müqəddəs,əvəzsiz varlıqdır ki, onu hər sözlə ifadə etmək olmur.Tarixə nəzər salanda bir daha məlum olur ki,xalqımızın şərəfli tarixi səhvələri çoxdur.Zaman-zaman düşmənlərə qarşı mübarizə aparıb torpaqlar itirsək də, müstəqilliyimizi qazana bilmişik.Bu mübarizədə yüzlərlə şəhid vermişik,tarixdə şəxsiyyətlərimizlə,qəhramanlarımızla qürur duymuşuq, bu gündə duyuruq.Müstəqil dövlətdə yaşayırıq.Belə firavanlığı xalqımıza bəxş edən insanlara daima minnətdarıq,xüsusilə Ulu Öndər Heydər Əliyevə.Tarixi bəsirət,irəlini görmək nadir bir hissdir.Dövlət xadimlərinin heç də hamısında bu hiss olmur.Allah bu kefiyyəti yalnız seçilmiş adamlara-zəmanəsini qabaqlayan görkəmli mütəfikkirlərə verir.Nəhəng siyasətçi Heydər Əliyev kimi.Ulu Öndərin adı təkcə Azərbaycan etnocoğrafiyası ilə məhdudlaşmır,bütün dünyanı əhatə edir.Belə dahi şəxsiyyətin əməlləri hər birimizə nümunədir.Azərbaycançılıq ideyası xalqımızın milli özünüdərkinin bərpasına və müstəqilliyimizin daha da möhkəmlənməsidə əvəzsiz rola malikdir.Müasir dövrümüzdə də hələ müstəqil olmayan xalqlar,dövlətlər mövcutdur.Ancaq biz müstəqilik,öz vətənimizə xidmət edirik,bu torpaq üzərində inkişaf edirik,güclənirik.Əvvəldə qeyd etdiyim əməllər sahibi olan,Heydər Əliyev kimi şəxsiyyətlər yetirən dövlətlə nece fəxr etməyə bilərsən?Bu mümkün deyil.

“Fəxr edirəm ki,mən azərbaycanlıyam”kəlamındakı mən ümumi olaraq xalqımızın mənidi.Dünyada elə bir dövlət yoxdu ki,adının sonunda can sözü olsun.Hər birimizə əziz olan canı da Allah verir bizlərə.Azərbaycan sözündəki can təsadüfi yaranmayıb.Sondakı can vətənimizin canıdı.Onu da biz gənclər yaşatmalıyıq.
Bu hər birimizin vətəndaşlıq borcudur. Səbəbsiz qürur,fəxr mənbəyi olmur.Doğma vətənimiz Azərbaycan bizlərə nələr bəxş etməyib?

Mən də gənc olaraq azərbaycanlı olmağımla fəxr edirəm.Ona görə ki,bu torpaqda doğulmuşam,boya-başa çatmışam,kimliyimi bilmişəm, özümü dərk etmişəm,unvanımı tapmışam,dünya bizi Azərbaycan adı ilə tanıyır,Ulu Öndər Heydər Əliyev kimi şəxsiyyət yetirib.Bu dəyərləri bizlərə verdiyi üçün Vətənim Azərbaycanla fəxr edirəm. Azərbaycan xalqı tarix boyu çox dahi şəxsiyyətlər yetişdirib. Dünya ədəbiyyatının korifeyləri olan şair və yazıçılarımızla, sərkərdələrimizlə haqlı olaraq həmişə fəxr etmişik. XX əsrdə də Azərbaycan xalqı Heydər Əliyev kimi dahi şəxsiyyəti yetişdirdi. Bütün dövrlərdə, zamanlarda insanlar çətinliklərlə qarşılaşdıqda, iynə ucu qədər görünən işığı özlərinə mayak seçərək, o işığın arxasınca getmişlər. Azərbaycan xalqının da ağır günlərdə işıq salan mayakı, xalqın dayağı, arxası, güvənc yeri Heydər Əliyev olmuşdur. Ulu öndər Azərbaycan gənclərinə güvənərək deyirdi: “Heç kimsə bilə-bilə pislik, əxlaqsızlıq etməz. Pislik biliyin azlığından irəli gəlir, şər biliyin yoxluğundan törəyir. Bilik ən yüksək əxlaqi keyfiyyətlərin törədicisidir”. Biz gənclər Heydər Əliyevin bu nəsihətindən belə nəticə çıxarırıq ki, doğurdan da insan bütün ömrü boyu öyrənməyə, ağlında, düşüncəsində aydınlıq yaratmağa möhtacdır. Ulu öndər özündən sonra yaratdığı, yaşatdığı Azərbaycan adlı odlar yurdunu, onun layiqli davamçısı, sevimli oğlu İlham Əliyevə əmanət qoyub getdi. “Mən ona özüm kimi inanıram” deyən dahi insan yanılmamışdı. Bu gün Azərbaycan dövləti möhkəm etibarlı əllərdədir. Tarixdə tarix yaratmağı bacardığı üçün XX əsr Azərbaycan tarixi öz qızıl səhifələrində, Heydər Əliyev adına xüsusi səhifə ayırdı. Biz onun ruhu qarşısında baş əyərək söz veririk ki, onun adına layiq Azərbaycan gəncləri olacağıq. El atasının həyatı və siyasi fəaliyyəti təkcə bu günümüz üçün deyil, sabahımız, gələcək nəsillərimiz üçün də əsl nümunədir.”Mən həmişə fəxr etmişəm,bu gündə fəxr edirəm ki,mən azərbaycanlıyam”kəlamı Vətənə,xalqa,milli mənəvi dəyərlərə verilən dəyərin təzahürüdür.Heydər Əliye adı Azərbaycan qədər əbədidir və hər birimiz üçün Vətən simvoludur.Azərbaycanlı olmağın nə demək olduğunu,böyük ustalıqla xalqımıza çatdıran Heydər Əliyev azərbaycançılıq məktəbinin əsasın qoydu.Tarix boyu imperiyalar nəzarətində qalan,,vətəndaşları azad olmayan Azərbaycan müstəqildir.”Xalqın,Vətənin taleyi hər bir insanın,taleyinə çevrilməlidir”deyən Ulu Öndər Vətənin necə dəyərli varlıq olduğunu cəmiyyətə çatdırırdı.Bütün bunlar ümumilikdə azərbaycançılıq ideyalarının tərkib hissəsin təşkil edir.”Gərək nəbzin vətənin nəbzi ilə vursun”bu qiymətli fikirlər Heydər Əliyevin Vətənə olan sonsuz sevgisindən qaynaqlanırdı.Azərbaycanlı olmaqla fəxr etmək hər birimizin borcudur.Gənc olaraq,azərbaycançılığı,milliliyi,unutmamağı gəncliyə tövsiyə edirəm.Hər bir gəncin özünəməxsus arzusu olur.Mənimdə ən ali arzum gələcəkdə Vətənimə yararlı vətəndaş olmaqdır.Tariximizin ən dəyərli dövürlərindən biri Ümummilli lider Heydər Əliyev dövrüdür.Belə bi fikir var: “Tarixi şəxsiyyətlər yaradır ,yoxsa şəxsiyyətlər tarix yaradır”?Bu sualın cavabı Ulu Öndərin fəaliyyətində öz əksini tapıb.Heydər Əliyev xalqına xidməti ilə,fəaliyyəti ilə tarix yaratdı.Dəyərli tariximizi,müasir tariximizi yaratdı.Heydər Əliyev üçün çoxlu titullar qeyd edə bilərik: Ümummilli lider,Ulu Öndər,Azərbaycan Respublikasının siyasi rəhbəri ,Azərbaycan Respublikasının prezidenti və s.Bunlar ,əlbəttə ki,hamısı bir titul bir vəzifədir.Amma Heydər Əliyev şəxsiyyəti bütün bunların hamısının fövqündə duran bir nümunədir.Heydər Əliyev irsi dərindən araşdırılmalı və cəmiyyətdə təbliğ olunmalıdır.”Azərbaycanlıyam və buna görə fəxr edirəm”fikrin tələbə gənc olaraq necə başa düşürəm və bu gəncliyin düşüncə sacında necə qovrulmalıdır?Vətənim Azərbaycan mənim üçün müqəddəsdir,ülvidir.Onun hər dağı,çəməni,suyu,hətta səması belə bizim üçün əzizdir.Azərbaycanlıyam kəlməsi nə qədər də mənalı və dərindir.Deyilişi şirin olduğu kimi,məzmunu,qayəsi də yüksək və hikmətlidir.”Mən azərbaycanlıyam” deyəndə gözlərimin önünə,zirvələr ,yüksək mənəvi dəyərlər gəlir.Mənim üçün Vətən,azərbaycançılıq Şəhidlərimizin qanı tökülən səngərdən başlayır,ona verilən dəyərdən başlayır.Ulu Öndər Heydər Əliyevin dediyi “Fəxr edirəm ki,mən azərbaycanlıyam”kəlamı gənc olaraq mənə kifayət edir ki,ömrümün sonuna qədər Vətənimin keşiyində durum.Budur Heydər Əliyevin xalqımıza verdiyidəyər, qiymət.

Güclü dövlətçilik, müstəqillik, xoşbəxtçilik, azərbaycançılıq şərbətini xalqımıza içirən Ulu Öndər qəlbibizdə daima yaşayacaq.Əsrlər boyu xalqımız Azərbaycan sözün eşidib.Ancaq H.Əliyev bu adın mahiyyətini açdı,cəmiyyətə dərindən çatdırmağı bacardı.Ona görə də azərbaycanlı termini yarandı və layiqli yerini tutmuş oldu.Azərbaycan xalqı da Ulu Öndəri ilə fəxr edir.Ulu Öndər də xalqı ilə qürur duyurdu.Çətin vaxtlarda öz xalqına köməyini əsirgəməyən Ulu Öndər daima Vətəninə xidmət etmişdir.Qısaca olaraq tarixə nəzər yetirək. XX əsr Azərbaycanın ictimai-iqtisadi, siyasi və mədəni inkişafı tarixində ən yüksək mərhələdir. Bu əsrdə Azərbaycan üç ictimai-siyasi quruluşdan keçmişdir. Çar mütləqiyyət quruluşu (1901-1917), müstəqil Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920), Sovet kommunist rejimi (1920-1991), və nəhayət, XX əsrin sonunda (1991, oktyabr) yenidən müstəqil demokratik quruluş bərpa edilmişdir. Birinci dövrdə Azərbaycan çar hökuməti tərəfindən idarə edilirdi. Rusiyada çarizmin devrilməsindən az sonra Azərbaycan Xalq Cümhuriyyəti hökuməti yarandı və 23 ay (28 may 1918 -27 aprel 1920) fəaliyyət göstərdi. Azərbaycan Xalq Cümhuriyyətinin 28 aprel devrilməsindən sonra 1920-ci ildən 1991-ci ilin 18 oktyabrına qədər Azərbaycan SSR mövcud olmuşdur. 1991-ci ildə Azərbaycanda pərakəndəlik,separatizm höküm sürürdü.İndi fəxrnən dediyimiz azərbaycançılıq yox idi.Bu çətin taleyüklü məsələni də H.Əliyev qaydasına saldı.Tarixdə nadir hadisələrdəndir ki, Heydər Əliyev iki ictimai-siyasi quruluşda Azərbaycana rəhbərlik etmişdir.Ulu Öndər hər iki sistemdə xalqımızın mənafeyin hər şeydən üstün tutmuşdur.Belə nadir şəxsiyyət bütün ömrünü Azərbaycanın inkişafına sərf edib.Deməli,H.Əliyev Azərbaycan dəyəyərini çox gözəl bilib.Vətən üçün misilsiz əziyyətlər çəkib.Bunlara əsasən nə üçün” azərbaycanlı olduğumla fəxr edirəm” sualına başqa cavab qalmır.Hər bir azərbaycanlı özünüdərk hissini itirməməlidir.Müasir dövürdə vətənpərvərlik dah çox inkişaf etməlidir.Ana Vətənimiz biz gənclərə güvənir.Biz azərbaycanlı olduğumuz üçün fəxr edirik.Ona görə ki,Vətənimiz adına uyğun daima bizi keşiyində saxlayıb,boya-başa çatdırıb.Dünya xalqları arasında qədim tarixi,mədəniyyəti,şəxsiyyətləri,dərin kökləri ilə fərqlənən xalqımız bu gündə bu ənənəni layiqincə davam etdirir.Ulu Öndərimiz H.Əliyev ideyaların rəhbər tutaraq milli şurumuzu qorumalıyıq.Milli şüur varsa,deməli varıq, sözün hər iki mənasında.Azərbaycançılıq-onu daima yadda saxlamaq və təbliğetmək bizim amalımız olmalıdır.Ümummilli lider Heydər Əliyev ideyaları tarixdə daima qalan və hazırda fəaliyyət göstərən qürur yerimizdir.Biz bunları unuda bilmərik.Tarix hər bir xalqın hafizəsidir.Əgər tariximizi unuduruqsa deməli hafizəmizi itiririk.Heydər Əliyev şəxsiyyəti yaddaşlarda əbədi qalan,özünəməxsus tarix yaratdı-müasir,şanlı Azərbaycan tarixini. Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi illərdə uzaqgörən daxili və xarici siyasəti ilə ölkənin nüfuzunu artırmış, hərtərəfli inkişafına nail olmuş, müstəqilliyini əbədi və dönməz etmişdir. Kiçik bir ölkə Heydər Əliyevin uğurlu siyasəti sayəsində dünyada tanınan nüfuzlu bir dövlətə çevrilmişdi. 1993-cü ildə müstəqil Azərbaycan Respublikasının Prezidenti seçilən Heydər Əliyev siyasət aləmində çox güclü, səriştəli və təcrübəli müdrik dövlət xadimi kimi qısa bir müddət ərzində xarici siyasət sahəsində böyük dönüş yaratdı. Dünyanın aparıcı dövlətləri, inkişaf etmiş ölkələri, beynəlxalq təşkilatlar Azərbaycana ciddi diqqət yetirməyə başladılar. O, Qərbə inteqrasiya yolunu tutdu. Ən çətin anlarda belə Heydər Əliyev yenilməz siyasi iradə nümayiş etdirdi, milli dövlətçiliyin, milli mənafelərin ifadəçisi kimi antiazərbaycan, antimilli qüvvələrin qarşısında sipərə çevrildi. Ulu öndərimizin bu nüfuzu onun xalq və ölkə qarşısındakı əvəzsiz xidmətləri, özünün nəsillərə nümunə ola biləcək həyat fəaliyyəti, iti düşüncəsi, əqidə və məsləki ilə, onun rəhbərliyi dövründə Azərbaycanın demokratiya və müstəqillik yolunda atdığı uğurlu addımları ilə bağlıdır. Dünya siyasətçiləri, beynəlxalq içtimaiyyət və xalqımız bu dahi insanı Heydər Əliyev olduğuna görə deyil, Vətən və dövlət qarşısında gördüyü böyük işlərə, dünyada təhlükəsizliyin qorunmasına, düzgün və pozitiv inkişafa çalışdığına, siyasi və ictimai fəaliyyətinə görə qiymətləndirmişdir. Bu səbəbdəndir ki, dünyanın ən görkəmli siyasi xadimləri, dövlət rəhbərləri, tanınmış elm və mədəniyyət nümayəndələri Heydər Əliyev şəxsiyyətini yüksək qiymətləndirmiş, ondan çox şey öyrəndiklərini bildirmişlər. Onun haqqında deyilən söz, verilən qiymət bu gün də, sabah da lazımdır, bunlar tariximizin yaddaşına köçürülmüşdür. Azərbaycan xalqının böyük oğlu, müstəqil Azərbaycan dövlətinin qurucusu, Azərbaycan siyasi sisteminin yaradıcısı, azərbaycançılıq ideologiyasının banisi, Azərbaycanda milli özünüdərk prosesinin başladıcısı və idarəedicisi Ulu öndər Heydər Əliyev Azərbaycan xalqının dövlətçilik tarixində o qədər böyük yeniliklərə, o qədər böyük işlərə imza atıb ki, yuxarıda sadaladığımız titulların heç biri Onun titanik fəaliyyətini tam əhatə etmir. Gənc olaraq özümə fəxr bilirəm ki,Vətənim,Ulu Öndər haqqında öz fikirlərimi yaza bilirəm.Bundan böyük qürur nə ola bilər?!Bu gün gənc olaraq qürur duyduğum anlardan biri də oxuduğum Universitetlə bağlıdır-Bakı Dövlət Universiteti.Fəxr edirəm ki,Ulu Öndər Heydər Əliyevin bitirdiyi Universitetin məzunu olacam.Və sonda gəncliyi bu ideologiya ətrafında daha da möhkəm birləşməyə çağırıram.

Məmmədov Sənan Marks oğlu.IV kurs, BDU.tarix fakültəsi,qrup 1040.

Bal-615.Dövlət hesablı. Tel:050-751-23-21 /501-311-32-35