Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının xidmətinə gündəlik daxil olan çağırışların sayı 2000 -ə qədər, bəzən isə daha da artıq olur. “Qafqazinfo” xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Məlumatda bildirilir ki, 103 xidmətinə daxil olan bütün çağırışlar çeşidlənərək ilk növbədə icra edilməsi daha vacib olması şərti ilə bölmələrin həkimlərinə ötürülür və icra edilir.
Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 2016-cı ilin yanvar-avqust ayı ərzində 300000 artıq ümumi müraciət daxil olub. Onlardan 25000-dən çoxu xəstəxanalara yerləşdiriliblər. Uşaqlar üçün edilən çağırışların sayı 37000-dən, onlardan xəstəxanalara yerləşdirilənlərin sayı isə 5000-dən artıq olub.
Bu müddət ərzində reanimasion tədbirlərin görülməsi nəticəsində çox ağır vəziyyətlərdən çıxarılaraq həyatı xilas edilən xəstələrin sayı 1000 nəfərdən çox olub. Miokard infarktı ilə müraciətlərin sayı 480, hospitalizasiya 465-ə yaxın, insultla müraciətlərin sayı 1500, hospitalizasiya 1400, doğuşla bağlı müraciətlərin sayı 1600, hospitalizasiya 1590, avtoqəza zamanı xəsarət alanların sayı 900 hospitalizasiya 800- dən artıq, xəstəxanadan kənar doğuşların sayı 30 olub ki, onların da hamısı hospitalizasiya olunub.
Yay mövsümü başlanandan ilan sancması ilə əlaqədar cəmi 14 müraciət olub ki, bunlardan da 12 halda hospitalizasiya icra edilib.
Əhaliyə göstərilən Təcili və Təxirəsalınmaz Tibbi Yardım dövlət tərəfindən maliyyələşdiyindən vətəndaşlar bu xidmətdən ödənişsiz istifadə edirlər və edəcəklər.
Lakin bəzən təcili yardıma ehtiyacın olunmadığı hallarda 103 xidmətinə müraciət edən vətəndaşlarda olur. Onlar daha ağır vəziyyətdə və həqiqətən təcili tibbi yardıma ehtiyacı olan xəstələrə ilkin tibbi yardımın gecikməsinə səbəb olurlar. Sakinlər tərəfindən zəng edilərək Təcili və Təxirəsalınmaz Tibbi Yardım xidmətinə aid olmayan suallar verilir (ünvanlar, müəssisələrin telefon nömrələri, saat soruşulur), yalançı çağırışlar, bir gün ərzində eyni şəxsin adına bir neçə dəfə əsassız çağırışlar verilir ki, bu da təcili yardımın işinə ciddi maneələr törədir. Ünvanlarda həkim və orta tibb işçilərinə təzyiqlər edərək öz diktələrinin icra etmələrini tələb edirlər. Bəzən elə vəziyyət yaranır ki, polis orqanlarından kömək istəməyə məcbur oluruq.
Təcili tibbi yardımın keyfiyyətini artırmaq və bəzi nöqsanları aradan qaldırmaq məqsədi ilətəcili tibbi yardım stansiyasına zəng edən şəxsin həmin an yerləşdiyi məkanın dəqiq təyin edilməsi sistemi nəzərdə tutulub. Bunun köməyi ilə ünvanın dəqiqləşdirilməsinə sərf olunan vaxta qənaət olunacaq və yalançı çağırışların qarşısı alınacaq. Çağırışın dəqiq ünvanı, adına çağırış verilən şəxs haqqında bütün məlumatlar elektron sistem vasitəsilə dərhal həkimin planşetinə ötürüləcək. Həmin məlumatlar əsasında həkim hətta yolda olarkən xəstə ilə bağlı ətraflı məlumatları əldə edə biləcək. Bu, da vaxt itkisinin qarşını almağa və təcili tibbi yardımın keyfiyyətinin yüksəlməsinə imkan verəcək.
Yeni naviqasiya sistemi nəzərdə tutulub ki, bu məqsədlə Bakı Telefon Rabitəsi İstehsalat Birliyinə müraciət olunub.
Son xəbərlər
Son Xəbərlər