“Ailə TV” ödəniş kartı tətbiq edəcək

aile-tv-odenis-karti-tetbiq-edecek
Oxunma sayı: 842

Onun sözlərinə görə, ödəmə kartları vasitəsi ilə həm analoq, həm də rəqəmsal yayım üçün ödənişlər həyata keçirmək mümkün olacaq. F. Allahverdiyev onu da bildirib ki, ödəmə kartlarının qiymətləri “Ailə TV”nin təklif etdiyi televiziya yayımı paketlərinin qiymətinə uyğun olacaq: “Kartların qiyməti 9 manatdan başlayacaq, 11, 12, 13, 14 və 17 manata qədər dəyişəcək. Misal üçün, əgər abonent “Sport” paketini aktivləşdirmək istəyirsə, buna müvafiq olaraq ödəmə kartı alacaq. Ödəmə kartının seriya nömrələri bazaya qeyd olunduqdan sonra, abonent idman telekanallarına baxa biləcək”.

F. Allahverdiyev qeyd edib ki, abonent “Ailə TV” xidmətinin aktivləşməsi üçün şəhərin istənilən nöqtəsindən ödəmə kartı alacaq, bundan sonra, günün 24 saatı ərzində “Ailə TV”nin müştəri xidmətlərinə zəng edərək kartın seriya nömrəsini və boyanın altındakı kodu söyləyəcək. Müştəri xidmətlərinin operatoru kartın kodunu bazaya daxil etdikdən sonra xidmət aktivləşəcək. Ödəmə kartlarından həm analoq, həm də rəqəmsal yayımının abunəçiləri istifadə edə biləcəklər.

F.Allahverdiyevin sözlərinə görə, gələcəkdə ödəmə kartlarının yüklənməsi “Ailə TV”nin saytı (www.aile.tv) və SMS yollamaq vasitəsi ilə də həyata keçiriləcək.

Onun sözlərinə görə, dekabr ayında satışa çıxarılacaq ödəmə kartlarınn üstünlüyü ondan ibarətdir ki, abunəçi aylıq ödənişi həyata keçirmək üçün “Ailə TV”nin müvafiq filialına getmək və ya ödənişləri toplayan inkassatorun gəlməsini gözləmək məcburiyyətində qalmayacaq.

Nigar Məmmədli