Gənc yazar Arif Vəliyevə müraciət etdi

genc-yazar-arif-veliyeve-muraciet-etdi
Oxunma sayı: 828

“Hörmətli sədr, cənab Arif Vəliyev!

Mingəçevir Şəhər Statistika İdarəsinin rəisi Kərimov Etibar Süleyman oğlu tərəfindən mənim fəaliyyətim haqqında Dövlət Statistika Komitəsinə verilmiş yanlış məlumatların nəticəsi olaraq 12 noyabr 2012-ci il tarixində verilmiş qərar, bu məktubu yazmağıma səbəb oldu.

Hörmətli, Arif müəllim!

Keçirdiyiniz mətbuat konfranslarında qeyd etdiyiniz kimi, Dövlət Statistika Komitəsi elektron hökümət layihəsini icra etməklə, bütün hesabatların elektron qaydada ötürülməsini təmin edəcəkdir. Bu istiqamətdə, hesabatların müəssisələrin özü tərəfindən ötürülməsi üçün, şəxsən mənim müəəssisələrlə daha çox izahat işləri aparmağıma baxmayaraq, işlədiyim demoqrafik göstəricilər (doğum, ölüm, nikah, boşanma, miqrasiya) barəsində heç bir nöqsan aşkarlanmadığı üçün Dövlət Statistika Komitəsinin Əhali və Gender statistikası məlumatlarının işlənməsi şöbəsi tərəfindən Mingəçevir Statistika İdarəsinə zəng olunmamasına baxmayaraq, işlədiyim demoqrafiya bülletenində, yazdığım təhlillərdə nöqsanın olmamasına baxmayaraq, bütün bunlar barədə sizə düzgün məlumat verilməmişdir.

İşə qəbul olunduğum ilk aylardan, idarənin rəisi Kərimov Etibar Süleyman oğlu tərəfindən mənə qarşı müxtəlif şüuraltı psixoloji təzyiqlər göstərilmişdir. Keçirdiyi iclaslarda, yeri gəldi-gəlmədi, İdarənin Statistika və Təhlil üzrə Sektorunun məsləhətçisi, Nüşabə Mahmudovanın Dövlət Statistika Komitəsinin vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün 2010-cu il 21 oktyabr tarixində elan edilmiş müsabiqədən keçməməsinə, güya canıyananlıq göstərərək, təəssüflənməsini qeyd etməsi, bununla da mənimlə onun arasında münasibətlərin pozulmasını bilərəkdən hədəfləməsini misal göstərmək olar.

İdarənin rəisi, mənimlə digər işçilər arasında münasibətlərin yaxşı olmasında nəinki maraqlı olmamış, hətta bilərəkdən bu münasibətlərin pozulmasına rəvac verən hərəkətlər etməkdən çəkinməmiş, təhrikedici formada, normal fəaliyyətimi əngəlləməyə çalışmışdır.

İştirak etdiyim son iclaslardan birində, işçilərdən birinin Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanı saxtakarlıqda ittiham etməsi, başqa sözlə, güya mənim saxta yolla imtahandan keçməyimin qeyd olunması və rəisin də buna susaraq reaksiya verməklə Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın keçirdiyi imtahanlarda şəffaflığın olmasını şübhə altına alması, söylənilən fikrin arxasında elə özünün durmasını sübut edir. Bu cür hərəkətlər, Cənab Prezident İlham Əliyevin korrupsiyaya qarşı mübarizə aparmaq məqsədilə imzaladığı sərəncamlara və dövlət qulluğuna hörmətsizlikdir!

Ümumiyyətlə, tamamilə nöqsansız işin olması absurddur. Lakin Mingəçevir Statistika İdarəsinin rəisi tərəfindən mənə qarşı göstərilmiş şüuraltı psixoloji təzyiqlərə, alçaltmalara baxmayaraq, sınaq müddətində işimə tam məsuliyyətlə yanaşmışam.

Bütün bunları əldə rəhbət tutaraq, daimi dövlət qulluğuna qəbul olunmağımı sizdən xahiş edirəm.

Hörmətlə, Mingəçevir şəhər Statistika İdarəsinin, Statistika və Təhlil üzrə Sektorunun keçmiş aparıcı məsləhətçisi, Hacıyev Ramil Rahib oğlu”.