Qeyd edək ki, iyunun 10-da axşam saatlarında leysan yağışları ilə müşayiət olunan güclü küləyin Gəncədə törətdiyi fəsadların aradan qaldırılması istiqamətində işlər sürətlə davam etdirilir.
Hadisə zamanı ağacların yola aşması nəticəsində nəqliyyatın hərəkətində məhdudiyyətlər olmuş, bəzi sahələrdə, xüsusən X.Xasməmmədov, Mirzə Abbas Abbaszadə, Əttarlar küçələrində, həmçinin Şah Abbas məscidinin həyətindəki nəhəng çinar ağacları küləyin təsirindən yıxılaraq ciddi ziyan vurub. Bundan əlavə, evlərə su dolmuş, 1000-dək evin dam örtüyü sıradan çıxmış, çoxlu sayda avtomobilə ziyan dəyib. Hətta insanlar arasında xəsarət alanlar da olub.
Təbii fəlakətdən ziyan çəkən vətəndaşlara bildirilmişdir ki, araşdırmalar yekunlaşdıqdan sonra dəyən ziyan tez bir vaxtda aradan qaldırılacaq.
Komissiya üzvləri yerindəcə aktlar tərtib edərək ziyan dəymiş evləri siyahıya alırlar.
Son xəbərlər
Son Xəbərlər