Prostat vəzi - bəzilərinin düşündüyü kimi təzə kəşf olunmuş bir orqan deyil və min illərdir ki, tibbə, həkimlərə məlumdur. Sadəcə olaraq son 20 – 30 ildə daha çox erkən diaqnozlaşma imkanı əldə olunduğundan (xüsusən ultrasəs müayinəsi sayəsində) və haqqında daha çox danışıldığı üçün belə fikirlər yaranmışdır. Bu məqalədə prostat vəzi haqqında yaranmış digər yanlış fikirlərə də aydınlıq gətiriləcəkdir. Prostat vəzi xəstəliklərinə ümumi nəzər salmaqla bərabər, prostat vəzinin xoşxassəli böyüməsi (hiperplaziyası, adenoması) haqda geniş danışılacaqdır.
Prostat vəzi nədir? Prostat vəzi kişi cinsiyyət üzvlərindən
biridir, qarın
boşluğunda sidik kisəsınin altında yerləşir və içindən sidik kanalının bir
hissəsi keçir. Əsas vəzifəsi prostat şirəsi hasil etməkdir ki, bununla o
kişilərin cinsi fəaliyyəti və nəsilartırmasında müstəsna rol oynayır. Bu
orqanın xəstəlikləri kişilərdə sidik
ifrazının ağır pozulmaları - sidik saxlaya bilməmək, kəskin sidik ləngiməsi,
kəskin böyrək çatışmazlığı, habelə cinsi zəiflik (impotensiya, cinsi əlaqə
problemləri), kişi sonsuzluğu şəklində özünü göstərir.
Gənc yaşlarda prostat vəzinin
xəstəlikləri az rast gəlir
və yetkin yaşlardan
tamamilə fərqli mahiyyət daşıyır. Əgər söhbət nisbətən gənc yaşlarda prostat vəzi
xəstəliyindən gedirsə, deməli söhbət prostatitlərdən, yəni prostat vəzinin
iltihabından gedir.
Əgər söhbət 40 və daha yuxarı, xüsusən 50-dən yuxarı yaşlardan gedirsə, deməli söhbət prostat vəzinin xoşxassəli böyüməsindən ( başqa sözlə adenomasından), çox nadir hallarda isə xərçəngindən gedir. Bununla belə, prostatit yaşlı kişilərdə də nadir xəstəlik deyil. Bu məqalədə söhbət əsasən prostat vəzinin xoşxassəli böyüməsi (hiperplaziyası, adenoması) haqqında olacaqdır.
Prostatitlər (prostat vəzinin iltihabı) deyildiyi kimi, əsasən gənc yaşlarda rast gəlir və müalicə edilməmiş və ya pis müalicə edilmiş zöhrəvi xəstəliklər – qonoreya (tripper), trixomoniaz, xlamidiya, mikoplazma, ureaplazma kimi infeksiyalar, bəzən də qeyri-zöhrəvi infeksiyalar bunun səbəbi olur. Lakin bakteriyasız prostatitlər də ola bilər (balıqçılarda, dənizçilərdə və s.) . Diaqnoz ultrasəs müayinəsi (USM – UZİ) və analizlərin (xüsusən prostat vəzi şirəsinin analizinin) köməyilə qoyulur. Müalicəsi müstəsna olaraq qeyri-cərrahi yolla – yəni dərman preparatları və fizioterapevtik metodlarla aparılır. Yeri gəlmişkən, prostat vəzinin müalicəvi massajı həmişə mübahisəli olub və əksər alimlər bunun zərərinin faydasından çox olduğu fikrindədirlər.
Prostat vəzinin xoşxassəli böyüməsi - adenoması isə yaşla bağlı olan bir prosesdir və 40-dan yuxarı yaşı artan hər bir kişinin haçansa məruz qalacağı bir durumdur. Bunu alimlər arasında “bioloji qocalma”, “kişi klimaksı” adlandıranlar da çoxdur. Yəni, prostat adenoması - kişi orqanizmin qocalmasının bir təzahürüdür. Prostat vəzinin bu böyüməsi - prostat vəzinin başqa səbəbdən deyil, vəzi hüceyrələrinin artması hesabına böyüməsidir. Bu zaman artan hüceyrələr hesabına düyüncüklər əmələ gəlir ki, bunlar illər ərzində böyüyür və sidik kanalının vəzinin içindən keçən hisəsini sıxaraq sidik ifrazını çətinləşdirir. Prostat vəzinin belə böyüməsi xoşxassəli xarakter daşıyır və metastazlar vermir. Prostat adenomasının əmələ gəlməsində prostatitin adenomaya çevrilməsi, cinsiyyət orqanlarının xəstəliklərinin rolu və cinsi fəallığın yüksək-zəif olması, pis vərdişlərin (siqaretin, alkoholun) rolu sübut edilməmişdir! Yalnız irsi – genetik faktorların müəyyən rolu sübut edilmişdir.
Prostat vəzi adenomasının əlamətləri – sidik ifrazı pozulmaları, cinsi zəiflik və ağrı
Deyildiyi kimi, prostat vəzi böyüdükdə sidik kanalının vəzinin içindən keçən hisəsini sıxaraq sidik ifrazını əngəlləməyə başlayır və sıxıılmanın dərəcəsindən asılı olaraq sidik ifrazının pozulmaları baş verir.
Sidik ifrazı pozulmalarına misal kimi göstərmək olar;
- sidik ifrazının tezləşməsi (bu hal gecələr xəstə üçün daha əziyyətli olur)
- sidik ifrazının çətinləşməsi, bəzən gücənmə ilə olması
- sidik axınının zəifləməsi – müddətin uzanması
- sidiyin haçalanması,
səpilməsi- sidiyin fasilələrlə gəlməsi
- sidiyə getdikdən sonra axma və ya
damcılama
- sidiyə tez-tez təcili çağırışlar və saxlamağın çətinliyi
- sidiyə getdikdən sonra sidik kisəsində yenə
sidik qalması hissi
- sidik kisəsini tam boşaltmağın mümkün
olmaması
- qırıq-qırıq, bəzən gözləyə-gözləyə, bəzən
damcı ilə sidik ifrazı
- bəzən sidiyi saxlamaq mümkün olmaması
- gecə sidiyinin artması, gecələr tez-tez sidiyə getmək məcburiyyəti
- sidikdə bəzən qan, yanğı, göynəmə hissi olması
- sidik ifrazının mümkün
olmaması (kəskin hal) və s.
- sidik kanalında ağrı, çirk, şirə gəlməsi, ğöynəmə hissi
Ağrı sindromu isə prostat vəzinin adenoması zamanı həmişə olmur. Lakin bir çox hallarda xəstəliyin müəyyən mərhələsində adenoma diaqnozundan şübhələnməyə əsas olur. Qasıq və ya qasıqüstü nahiyədə, cinsi üzvlərdə, sidik kanalında ağrı, prostat vəzinin xoşxassəli böyüməsi zamanı mühüm əlamətlərdəndir.
Prostat vəzinin adenoması zamanı vəzinin funksiyaları bu və ya digər dərəcədə zəifləyir. Bu funksiya zəifləməsi prostat vəzinin infeksiyalarla mübarizə rolunun zəifləməsində də özünü göstərir. Adenomaya iltihabi proses də qoşulur ki, bu isə özünü sidik kanalında ağrı, çirk, şirə gəlməsi, ğöynəmə hissi şəklində göstərə bilər.
Prostat vəzinin adenoması zamanı cinsi zəiflik bu və ya digər formada mütləqdir. Bu, xəstəliyin ilkin əlaməti kimi rastgəlmə tezliyinə görə sidik ifrazı pozulmalarından sonrakı yeri tutur. Cinsi əlaqənin hər hansı şəkildə pozulması kişinin psixoloji vəziyyətinə sidik ifrazı pozulmalarına nisbətən daha pis təsir edir. Cinsi zəiflik (başqa sözlə erektil disfunksiya) bu zaman bir neçə formada özünü göstərir:
1. cinsi əlaqə mümkün olmur – tam impotensiya,
2. ereksiya (cinsiyyət üzvünün bərkiməsi) çox zəif olur və cinsi əlaqəni əlin köməyi olmadan başlamaq olmur (manual penetrasiya),
3. aspermiya - cinsi əlaqənin sonunda sperma ifrazı baş vermir,
4. Retroqrad eyakulyasiya (axın) – cinsi əlaqənin sonunda sperma geriyə - sidik kisəsinə qayıdır.
5. cinsi əlaqənin tez bitməsi – bu zaman cinsi əlaqə 2 dəqiqədən tez bitir.
6. Cinsi əlaqəyə həvəs olmaması.
Prostat vəzinin adenoması bəzən uzun illər heç bir əlamət olmadan da inkişaf edə bilər. Belə hallarda xəstə birdən-birə kəskin sidik ləngiməsi, kəskin cinsi zəifliklə üzləşə bilər!
Adenoma müalicə olunmazsa və ya müalicə uğurlu olmazsa bu ağırlaşmalar
ola bilər:
Sidik kanalın tam tutulmasi (sidik kisəsi dolu qalır, bəzən təcili tədbir
lazım gəlir)
Kəskin qanaxma.
Sidik kisəsində sidik daşların əmələ gəlməsi və cərrahi müdaxilə zərurəti
Börək funksiyaların tam itməsinə kimi aparan xəstəlikləri (həyat üçün təhlükəli)
və sidiyin qana keçməsi (uremiya) baş verə bilər
Cinsi funksiyaların tam itməsi
Sidiyi saxlaya bilməmək və s.
Prostat vəzinin adenomasının diaqnostikasi . Xəstənin yaşı, sidik
ifrazından xüsusi şikayətləri artıq diaqnozu prostat vəzinin adenoması istiqamətinə yönləndirməyə əsas verir (45-50
və daha yuxarı yaş + sayilan simptomlardan biri və ya bir neçəsi). Prostat
vəzinin adenomasının diaqnostikasının
qızıl standartı ultrasəs müayinəsidir (USM). Məhz ultrasəs müayinələrinin nəticəsində erkən diaqnostika mümkündür. USM
prostat vəzinin ölçülərini, parenximasının vəziyyətini, daşların, iltihabın
olmasısnı, sidik kisəsində nə qədər
qalıq sidik qalmasını və s. aşkar
etməyə, həmçinin böyrəklərin, sidik axarlarının vəziyyətini aşkar etməyə imkan
verir.
Prostatın Spesifik Antigenini - PSA
testi 90-cı illərin əvvəlindən bütün dünyada geniş tətbiq olumağa başlamış və
özünü tam doğrultmuşdur. PSA testi prostat vəzinin adenomasının xoşxassəli
olduğunu, yaxud pis xassəli olma ehtimalıni erkən aşkar etmək üçündür. Dünyanın
urologiya üzrə ən nüfuzlu peşəkar elmi cəmiyyəti olan Amrika Uroloqlar
Assosiasiyası hər bir kişinin prostatla bağlı 40 yaşdan sonra ildə 1 dəfədən az
olmayaraq ultrasəs müayinəsi və
Prostatın Spesifik Antigeninin (PSA) yoxlamasından keçməsini tövsiyə edir.
Prostat vəzinin bədxassəli inkişafına şübhə olarsa daha dəqiq onkoloji metodlar
vardır. Əgər PSA göstəricisi normadan yüksək olmaqda davam edərsə, o zaman
prostat vəzinin biopsiyası – yəni, prostat vəzinin toxumasının müayinəsi
vacibdir.
Bəs xəstədə pis xassəli şiş aşkar olarsa? Vaxtında Prostat vəzi xərçəngi aşkar olunmuş
xəstənin yaşamaq şansı (Life expectency) gec aşkar edilmlş Prostat vəzinin xoş
xassəli şişi olan xəstənin şansından az deyildir!
Sidiyin analizi də prostat vəzinin
xoş xassəli şişinin diaqnostikasının mühüm tərkib hissəsidir. Sidikdə qan, zülal,
şəkər, irin və digər patologiyaların varlığı və səviyyəsi böyük diaqnostik
əhəmiyyət kəsb edir.
Prostat vəzinin adenomasının - xoşxassəli böyüməsinin müalicəsi. Təəssüf
ki, prostat vəzinin adenomasının birdəfəlik qarşısının alınması üçün 100%
təsirli profilaktik tövsiyələr hələ ki yoxdur.
Bu gün prostat vəzinin xoşxassəli böyüməsinin müalicəsindən danışanda o saat
fikrimizə dərmanlarla müalicə gəlir. Amma cəmi 25-30 il qabaq prostat vəzinin adenomasının cərrahi müalicəsi
demək olar ki, alternativsiz sayılırdı. Lakin tibb elmi yerində saymır -
prostat vəzinin xəstəliklərinin istər
cərrahi, istərsə də qeyri-cərrahi müalicə üsullarının axtarışı və təkmilləşdirilməsi
bütün dünyada davam edir. Son 25 ildə prostat vəzinin xoşxassəli böyüməsinin
dərmanlarla müalicəsi ilə bağlı əsil inqilab olmuşdur. Bu gün artıq dünyanın
hər yerində apteklərdə nəinki prostat vəzinin xoşxassəli böyüməsi ilə bağlı
simptomları yaxşılaşdıran dərmanlar, hətta prostat vəzinin xoşxassəli
böyüməsini dayandıran preparatlara əldə etmək mümkündür.
Bu ğün Tibb Elminin ən aktual problemlərindən biri prostat vəzinin xoşxassəli
böyüməsinin elə müalicə metodlarını hazırlamaqdır ki, kişi orqanizminin funksiyalarını
mümkün qədər saxlamaq, həyat keyfiy-yətini yaxşılaşdırmaq mümkün olsun. Bu
mənada: 1) prostat vəzinin xoşxassəli böyüməsinin dayandırılması, 2) cinsi
fəaliyyət funksiyalarının saxlanması, 3) normal sidik ifrazının bərpası 4)
prostat vəzinin xoşxassəli böyüməsinin ağırlaşmalarının qarşısının alınması, 5)
müalicənin minimal riskli olması xüsusilə mühümdür.
Prostat böyüməsinin cərrahi müalicəsi
isə yalnız mütləq göstəriş olduqda aparılmalıdır. Bunlara aiddir:
- Kəskin sidik ləngiməsi
- Massiv qanaxma və prostat vəzinin xoşxassəli böyüməsi ilə bağlı kəskin böyrək
çatişmazliği
- Sidik kisəsinin iri daşları
- Sidik yollarının təkrari infeksiyalaşması və uzunmüddətli medikamentoz
müalicənin təsirsizliyi.
Prostat vəzi üzərində cərrahi əməliyyatlar zamanı risklərin qaçılmaz olduğu nəzərə alınanda, - prostat vəzi xəstəliklərinin dərman preparatları ilə müalicəsinin əhəmiyyəti daha da artır. Hətta cərrahi əməliyyatların ən yüksək səviyyədə aparıldığı dünyanın ən məşhur uroloji klinikalarında aparılmış genişmiqyaslı monitorinqlərin nəticəsinə görə:
- əməliyyatların azı azı 5% -də cinsi fəaliyyətin tam itməsi – impotensiya baş verir.
- 4%-10%-də sidiyi saxlaya bilməmək
inkişaf edir.
- 20% -40% ilk 8 ildən sonra təzədən əməliyyat olunur.
- 3% - əməliyyat nəticəsində ölüm baş
verir!
Bu vəziyyətin Avropa və
Amerikanın ən yüksək peşəkar klinikalarında mövcud olduğunu nəzərə alsaq,
qeyri-cərrahi müalicə əhəmiyyəti daha aydın başa düşülər. Cəmi 20-25 il əvvəl
prostat vəzi üzərində cərrahi əməliyyatlara haqq qazandırmaq olardı: xəstəliyin
erkən mərhələdə aşkarlanması üçün bu günkü qədər kamil diaqnostika vasitələri
yetərli deyildi, USM aparatları ölkədə barmaqla sayıla bilərdi. Prostat vəzinin
dərmanlarla müalicəsi üçün sınaqdan çıxmış dərmanların azlığı reallıq idi.
Prostat vəzi haqda yanlış fikirlər. Araşdırmalar
belə deməyə əsas verir ki, ölkəmizdə
prostat vəzi haqda təsəvvürlər ümumilikdə lazımi səviyyədə deyil. Prostat
vəzinin xəstəliklərinin geniş yayılması ilə
bərabər, bu vəzi ilə bağlı bir çox yanlış təsəvvürlər və zərərli fikirlər də
əhali arasında geniş yayılmışdır. Beləliklə, prostat vəzi ilə əlaqəli ən çox
yayılmış yanlış fikirlər və təsəvvürlərlə bərabər, qarşılıqlı olaraq doğru olan
cavabları da təqdim edirik.
1. Yanlış:
Prostat – xəstəlikdir.
Doğru: Prostat –
xəstəlik deyil. Prostat - kişi cinsinə aid bir orqandır, vəzidir (məqalənin əvvəlinə bax!).
2. Yanlış: Prostat vəzinin xəstəlikləri son illərdə meydana çıxmışdır
və bu vəzi bütün kişilərdə olmur.
Doğru: Prostat
vəzi bütün kişilərdə anadangəlmə olan bir orqandır və bəzilərinin düşündüyü
kimi təzə kəşf olunmuş bir orqan deyil, min illərdir ki, tibbə və həkimlərə
məlumdur. Sadəcə olaraq son 20 ildə daha çox diaqnozlaşdırma imkanı (xüsusən ultrasəs
müayinə - USM, prostatın spesifik antigen analizi PSA - və s.) əldə olunduğu üçün belə təsəvvür yaranmışdır.
3. Yanlış: Prostat
vəzinin böyüməsinin qarşısını öncədən profilaktik tədbirlərlə almaq mümkündür.
Doğru:
Prostat vəzinin yaşla bağlı böyüməsinin qarşısını öncədən almaq mümkün deyil. Prostat
vəzinin xoşxassəli böyüməsi –adenoması yaşla bağlı olan təbii bir prosesdir və
40 - dan yuxarı yaşı artan hər bir kişinin haçansa məruz qalacağı bir durumdur.
4. Yanlış: Ayaqüstə sidik ifrazı Prostat böyüməsini sürətləndirir və
ya oturmuş şəkildə sidik ifrazı Prostat vəzi böyüməsini yubadır.
Doğru: Tədqiqatlarda bunlar öz təsdiqini tapmamışdır. Hətta bəzən bunun əksi
təsdiq edilmişdir.
5. Yanlış: Tez-tez
cinsi əlaqəyə girmək Prostat böyüməsinin qarşısını alır.
Doğru: Prostat
böyüməsininin tez-tez cinsi əlaqəyə girməklə heç bir əlaqəsi yoxdur. Bu da
digər yanlış fikirlər kimi qeyri - elmi və qeyri-ciddi söhbətlərdir.
6. Yanlış: At
minmək, velosiped sürmək prostat böyüməsinin qarşısını alır və prostat
iltihabını (prostatiti) müalicə edir.
Doğru: Əsassız
söhbətdir və hətta bir çox hallarda at
minmək, velosiped sürmək prostat üçün zərərlidir!
7. Yanlış: Prostat
vəzinin müayinəsi kişilik üçün zərərlidir.
Doğru: Prostat
vəzinin müayinəsinin müasir metodları (ultrasəs müayinəsi və digərləri)
tamamilə zərərsizdir. Lakin bəzən bu sözləri prostatın qeyri – peşəkar rektal
müayinəsi (və ya diaqnostik massaj) haqqında demək olmur.
8. Yanlış. Prostat
vəzinin biopsiyası (prostat toxumasının müayinə üçün götürülməsi) prostat
xərçənginin yayılmasına səbəb ola bilər.
Doğru: Prostat
xərçənginin müayinəsi üçün onun biopsiyası tam zərərsizdir və həlledici
diaqnostik əhəmiyyətə malikdir.
9. Yanlış: Prostat
vəzi üzərində cərrahi əməliyyat kişilərdə cinsi fəaliyyətin sonu deməkdir.
Doğru: Prostat
vəzi üzərində cərrahi əməliyyatlar müxtəlifdir və bəzən həqiqətən də
əməliyyatdan sonra cinsi zəiflik və ya impotensiya baş verə bilər. Lakin əksər
hallarda prostat üzərində aparılmış uğurlu cərrahi əmliyyatlar cinsi fəaliyyətə
zərər vurmur.
10. Yanlış. PSA
testi (prostatın spesifik antigeni) əgər normadan yüksəkdirsə prostat
xərçənginin olduğunu göstərir.
Doğru:
PSA testi Prostat vəzinin adenomasının xoşxassəli olduğunu, yaxud pis xassəli
olma ehtimalını erkən aşkar etmək üçündür. Prostat vəzinin bədxassəli
inkişafına şübhə olarsa daha dəqiq onkoloji metodlar vardır. Əgər PSA
göstəricisi normadan yüksək olmaqda davam edərsə, o zaman prostat vəzinin
biopsiyası – yəni, prostat vəzinin toxumasının müayinəsi vacibdir.
10. Yanlış. Prostat
vəzinin xərçəngi aşkar olunubsa, bunun müalicəsi faydasızdır.
Doğru: Vaxtında
Prostat vəzi xərçəngi aşkar olunmuş xəstənin yaşamaq şansı (Life expectency)
gec aşkar edilmlş Prostat vəzinin xoş xassəli şişi olan xəstənin şansından az
deyildir.
11. Yanlış: Prostat
vəzinin iltihabı, yəni prostatitlər prostatın adenomasına çevrilə bilər.
Doğru: Prostatın
adenomasının əmələ gəlməsində prostatitin adenomaya çevrilməsi, cinsiyyət
orqanlarının xəstəliklərinin rolu və cinsi fəallığın yüksək-zəif olması, pis
vərdişlərin-(siqaret, alkoholun) rolu sübut edilməmişdir. Yalnız irsi – genetik
faktorların rolu sübut edilmişdir.
12. Yanlış: Prostat
vəzinin əsil müalicəsi yalnız cərrahi yolladır.
Doğru: Həqiqətən
də təxminən 20 il bundan əvvəl prostat vəzinin xoşxassəli böyüməsinin
müalicəsindən danışanda o saat fikrə cərrahi müalicə gəlirdi və cərrahi müalicə
demək olar ki, alternativsiz sayılırdı. Bu ğün isə prostat vəzinin xoşxassəli
böyüməsinin müalicəsindən danışanda, ilk olaraq fikrimizə dərmanlarla müalicə
gəlir. Tibb yerində saymır - prostat vəzinin xəstəliklərinin istər cərrahi,
istərsə də qeyri-cərrahi müalicə üsullarının axtarışı və təkmilləşdirilməsi
bütün dünyada davam edir. Son 25 ildə isə prostat vəzinin dərmanlarla müalicəsi
ilə bağlı əsil inqilab olmuşdur. Bu gün artıq dünyanın hər yerində apteklərdə
nəinki prostat vəzinin böyüməsi ilə bağlı simptomları yaxşılaşdıran dərmanlar,
hətta prostat vəzinin xoşxassəli böyüməsini dayandıran preparatlara rast gəlmək
mümkündür.
Bütün bunlarla belə, tibb elmi inkişaf etməkdədir. Ən sevindirici hal isə odur ki, cərrahi müalicədən kənar
vasitələr – prostat xəstəliklərinin dərmanlarla müalicə imkanları ildən-ilə
artır.
Real Tibb Mərkəzində (Bakı, 8km, doktor S.Cəbrayılov) cərrahiyyəsiz müalicə məqsədilə öncül uroloji elmi cəmiyyətlərin (Amerika Uroloqlar Assosiasiyası və s), elmi tədqiqat institutlarının uzun illər ərzində klinik epidemioloji tədqiqatları ilə təsdiq olunmuş müalicə metodları və protokolları rəhbər tutulur. Amerika Uroloqlar Assosiasiyasının müalicə protokollarının hazırlanmasında yüzlərlə həkim-professor iştirak edir. Dünyanın onlarla ölkəsində, o cümlədən Türkiyədə milyonlarla xəstə bu metodlarla müalicə alır.
Doktor Süleyman Cəbrayılov
(050) 501 60 70
(077) 601 60 70
(055) 519 91 84
S.
Cəbrayılovun bu məqalələrini internetdə axtar (Realtibb.com ünvanda və ya” google” ilə):
Prostat vəzi: miflər, həqiqətlər
Kişilərin
cinsi zəiflik problemi
Gecə enurezi (gecələr sidiyi saxlaya bilməmək)
Kişilərin cinsi zəiflik problemi - çıxış yolu
Prostat vəzi: miflər, həqiqətlər
Qadınlarda sidik qaçırma problemi