Təbii tonal krem necə hazırlanır?

tebii-tonal-krem-nece-hazirlanir
Oxunma sayı: 13736


Amma bu vasitə zaman-zaman üz dərimizə zərərli ola bilir. 

“Qafazinfo”nun məlumatına  görə,  üz dərisi üçün bitki mənşəli tonal kremlər daha məsləhətlidir. Bu üsulla həm dəriniz cavan qalacaq, həm də pulunuza qənaət etmiş olacaqsınız. Bəs bitki mənşəli bu krem necə hazırlanır?

Lazım olan vasitələr

Ararot unu və ya nişastası (ararot bitkinin yumru kök saplarından əldə edilən ən incə növ nişastadır)

Toz kakao

Toz darçın

Üyüdülmüş kiçik hindistan qozu

Toz zəncəfil

Kalsium tərkibli gil (bentonit gil)

Maye E vitamini

Lavanda efir yağı

Hazırlanması:

2 yemək qaşığı ararot unu, 4 yemək qaşığı toz kakao, 2 yemək qaşığı kiçik Hindistan qozu, 2 yemək qaşığı zəncəfil, 1 çay qaşığı darçın, 2 çay qaşığı bentonit gili, 10 damla maye halda olan E vitamini (aptekdən tapa bilərsiniz ), 10-12 damla lavanta yağını Şüşə qabda qarşdırmaqla təbii tonal krem əldə edə bilərsinzi. Əgər  ararot nişastasını tapmasanız, qarğıdalı nişastası ilə əvəz etmək mümkündür.  Alınan vasitəni biləyinizə töküb bədən rənginizə uyğun olub olmadığına baxın. Əgər rəng xoşunuza gəlməsə, tündləşdirmək üçün kakao, rəngin açılması üçün isə qarğıdalı nişastası qata bilərsiniz.

Zümrüd