Məşhur italyan porno ulduz Rocco Siffredinin jurnalistlərə son açıqlaması böyük marağa səbəb olub.
“Qafqazinfo” xəbər verir ki, film festivalına qatılan 52 yaşlı ulduz ailəsi haqqında səmimi etiraflar edib. Rocco bildirib ki, hər çəkilişdən sonra evinə gedəndə həyat yoldaşından üzr istəyir:
“Əvvəlcə günahlarımı yuyuram, daha sonra xanımım Rosadan üzr istəyirəm. O, hər zaman mənə hörmət edib və anlayıb. Uşaq vaxtı anam rahib olmağımı istəyirdi. Ancaq mən tam əks bir yönə getdim. Çox çətin bir peşəm var. Ailəmin dəstəyini hər zaman hiss etmişəm və bu da mənə güc verib. Həyat yoldaşımla çəkiliş əsnasında tanış oldum. Rosanın “Bu iş mənə görə deyil” sözlərindən sonra ona aşiq oldum və 25 ildir ki, evliyik. Hər çəkilişdən sonra ondan üzr istəyirəm, o da bağışlayır. Yoxsa ailəmlə birlikdə festivala gəlməyə üzüm olmazdı”.
Qeyd edək ki, yaxın günlərdə porno ulduzun həyatından bəhs edən bioqrafik film izləyicilərə təqdim olunub.



Son xəbərlər
Son Xəbərlər