Xalq artisti Məleykə Əsədova sosial şəbəkələrdə onu tənqid edənlərə cavab verib.
“Qafqazinfo” xəbər verir ki, Akademik Milli Dram Teatrının aktrisası həmin şəxsləri paxıl adlandırıb:
“Yaşayıram ki, mənə paxıllıq edənlər darıxmasınlar. Paxıllıq ruhu öldürür. Ruhumuzu təmiz saxlamağı bacaraq. Həyata gözəl baxışlarla baxaq, onda gözlərimiz gözəlləşəcək, üzümüzə nur gələcək. Hər bir insan öz həyatı ilə məşğul olsa, görəcək ki, çox şey əldə edib.
Allah hər kəsin könlünə görə versin. Allah hər birimizin gözəl arzularını yerinə yetirsin. Kim bizə nə arzu edirsə, Allah onlara iki mislini versin”.




Son xəbərlər
Son Xəbərlər