“Ötən gün konserti yarımçıq tərk etdim. Bu da səbəbsiz deyil. Səhnəciklərin birində gözləmədiyim məqamda adım yersiz çəkildi. Əslində biz “Bu şəhərdə” komandası ilə dost idik. Lakin onların bu yersiz hərəkəti məni məyus etdi. Bunlara baxmayaraq mən onlara növbəti işlərində uğurlar arzu edirəm”.
Qafarzadə daha sonra qeyd edib ki, “Bu şəhərdə” komandasının prodüseri Müşfiq Abbasov ona mesaj gödərərək narazılığa son qoyub:
“Müşfiq Abbasov mənə mesaj yazaraq bildirdi ki, bir daha bu cür hallar təkrarlanmayacaq. “Avropa oyunları” səhnəsindən də, o biri iki səhnəcikdən də adımı çıxardacaqlar və bir daha adımı çəkməyəcəklər”.
Qeyd edək ki, bir neçə gün öncə əməkdar artist Elza Seyidcahan “Bu şəhərdə” komandası onu parodiya etdiyi üçün onları məhkəməyə verəcəyini bildirmişdi.
Könül
Son xəbərlər
Son Xəbərlər