Nazirin əmriylə yarışlara start veridi

nazirin-emriyle-yarislara-start-veridi-
Oxunma sayı: 719


“Qafqazinfo” xəbər verir ki, müdafiə naziri general-polkovnik Zakir Həsənovun Silahlı Qüvvələrdə idman yarışlarının keçirilməsi haqqında illik əmrinə əsasən hərbi qulluqçular arasında səmti müəyyən etmə yarışları başlayıb.

Yarışlarda ayrı-ayrı qoşun növlərində və birləşmələrdə xidmət edən idmançılar fərdi, qrup və iki-iki patrul hərəkəti üzrə birincilik uğrunda mübarizə aparacaqlar.

13 komandanın 60-a yaxın hərbi qulluqçusu ərazidə səmti müəyyən edərək güclərini sınayacaqlar.

Müdafiə Nazirliyinin məsul zabitlərinin idarəçiliyi ilə keçiriləcək yarışlar iyulun 27-də mükafatlandırma mərasimi ilə sona çatacaq.