Rəqqasə Oksana və ailəsi - Fotosessiya

reqqase-oksana-ve-ailesi-fotosessiya
Oxunma sayı: 3258

“Qafqazinfo”nun məlumatına görə, Oksana Rəsulova 1982-ci il dekabrın 19-da Şirvan şəhərində ziyalı ailəsində dünyaya gəlib. Uzun müddət Rusiyada yaşayıb.Ali təhsillidir. İxtisasca ginekoloq və dəri zöhrəvi həkimidir. Amma buna baxmayaraq 19 ildir hind rəqsinə həm nəzəri, həm də texniki cəhətdən yiyələnməkdədir.

Hind rəqsi üzrə bir çox beynəlxalq müsabiqələrdə həm qalib, həm də 2-ci,3-cü dərəcəli laureat olub.

2007-ci ildə Moskvada Hind rəqs ulduzları ilə birgə “Şavratri” adlı ilk keçirilən müziklda “Apsara” rolunu ifa edib.

2008-ci ildə isə Peterburqda keçirilən Beynəlxalq hind rəqsləri müsabiqəsində 1-ci yerə layiq görülüb. Nəhayət, 2009-cu ilin oktyabrında Azərbaycanı Hind mədəniyyət festivalı “Divali 2009” da təmsil edib və 1-ci yərə çıxıb.

2008 ilde Oksana Rəsulova Azərbaycana gələndən sonra bir neçə işlərə imza atıb. Aktrisa kimi 7 musiqi klipində çəkilib:

1. İzzət Bağırov “Dünya”
2. Murad Sadıx “Sevməsəm ölərəm”
3. Küçük İbo (turk mügənni) “Dəniz”
4. Orxan Ölməz (türk mügənni) “Yasa dişi”
5. Təranə Vəlizadə “Sarı gəlin”
6. Əlişahin və Zabir Əliyev “Kimsə sevəcək”
7. Elşad Xose “Yox təbəssüm”

2012-cilin martın 27-də rəqqasə tanınmış reper Elşad Xose ilə ailə həyatı qurub və cütlük Azərbaycanın ən xoşbəxt ailələrindən biri sayılır.

Aynur Babayeva