İran İraqın elektrik stansiyaları üçün qaz tədarükünü dayandırıb.
“Qafqazinfo” xəbər verir ki, bu haqda İraqın Energetika Nazirliyi məlumat yayıb.
“İran tərəfi gözlənilməz hallara görə qazın tədarükünün tamamilə dayandırılması barədə Energetika Nazirliyinə teleqram göndərib”, - məlumatda bildirilir.
Tehran ölkədəki bir sıra enerji obyektlərində texniki nasazlıqlar səbəbindən tədarükün dayandırıldığına aydınlıq gətirib.
Son xəbərlər
Son Xəbərlər