Ərdoğanın təklifi qəbul edilmədi

-erdoganin-teklifi-qebul-edilmedi
Oxunma sayı: 638

“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, baş nazir jurnalistlərə açıqlamasında bildirib ki, Abe ilə birgə keçirdiyi mətbuat konfransında Tokionun bundan öncə olimpiadalara ev sahibliyi etdiyini xatırladaraq bu dəfə Türkiyəyə şərait yaratmalarını xahiş edib: “Tokio olimpiadalarda bizə rəqib görünür. Amma mən baş nazirə dedim ki, siz bir dəfə olimpiadaya ev sahibliyi etmisiniz. Bu dəfə siz geri çəkilin ki, biz ev sahibliyi edə bilək. İnanıram ki, bu təklifimi qəbul edəcəklər”.

Yaponiya baş naziri Ərdoğanın bu xahişinə “yox” cavabı verib: “Yaponiyada olimpiya oyunları ilk dəfə 1964 – cü ildə keçirilib. Mən hələ o zaman uşaq idim. Uzun illərdən sonra yapon xalqına olimpiada zövqünü yaşatmaq istəyirəm. Əgər siz seçilsəniz sizi ilk mən təbrik etmək istəyirəm. Sizi birinci mənim təbrik edəcəyimdən əmin olun. Əgər Tokio seçilərsə, sizin də ilk təbrik edən olmağınızı arzu edirəm”.

Qeyd edək ki, 2020-ci il Yay Olimpiya Oyunlarına İstanbul və Tokiodan əlavə, Madrid (İspaniya) də iddialıdır. Qalib şəhərin adı sentyabrın 7-də Argentinanın paytaxtı Buenos-Ayresdə açıqlanacaq.