İsrailin milli təhlükəsizlik nazirinin maşını aşdı - Video

israilin-milli-tehlukesizlik-nazirinin-masini-asdi
Oxunma sayı: 2092

İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvirin xidməti avtomobili aşıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Sabah” nəşri məlumat yayıb.

Qəza nəticəsində yaralanan Ben-Qvirin yaxınlıqdakı xəstəxanaya aparıldığı və vəziyyətinin ağır olmadığı bildirilib.

Sosial mediada yayılan görüntülərdə Ben-Qvirin avtomobilinin başqa bir nəqliyyat vasitəsi ilə toqquşduqdan sonra tərs çevrildiyi görünür.