“Mavilərlə bağlı söhbətlər əyləncə vasitəsidir”

-mavilerle-bagli-sohbetler-eylence-vasitesidir
Oxunma sayı: 1855


- Sənət adamları sosial şəbəkələrdə bir-birilərini niyə təhqir etməlidirlər? Mən bunu heç cür qəbul edə bilmirəm. Gecə-gündüz Allahdan bir istəyim var. Allah mənə imkan versin, iki-üç mahnı yazdırım, kon-sert verim. Mən dedi-qodu adamı deyiləm. Yersiz söz-söhbət mənə lazım deyil. Bilirsiniz, belə işlərlə ni-yə məşğul olurlar? Çünki aşığın sözü qurtaranda "nanay-nanay" deyir. Bunlar da həmin aşıqlar kimidir. Sənət yox, yaradıcılıq yox! Müğənnilərin bəzilərinin mahnıları qurtaranda, danışmağa söz tapmayanda başlayırlar axmaq-axmaq hərəkətlər etməyə. Mən isə belə işlərdən uzaq adamam. 

- Müğənnilərin əksəriyyəti sosial şəbəkələrdə fəal iştirak edir, öz yaradıcılıqları haqda məlumatlar yayırlar... 

- Məni tanıyan da, tanımayan da mənə xoş üz göstərir, salam verir. Onlar bəzən heç kimə demədikləri dərdlərini mənə danışırlar. Şəxsən mən özümə ayıb bilərəm ki, tərbiyəmə yaraşmayan sözlər işlədim. Sonra da kimsə desin ki, bəs filankəs belə səviyyəsiz sözlər deyib. 

Mənim milyonlarla tamaşaçım var. And olsun Allaha, onların biri deyə bilməz ki, Baloğlan mənimlə ayrı mövzuda söhbət edib. Mən xalqın adamıyam, xalqla ünsiyyətdə oluram. Mənasız hərəkətlərlə özümü necə hörmətdən sala bilərəm? Əgər belə hərəkət etsəm, onunla da "kitabım bağlanar". İllərlə, damla--damla, zülmlə yığdığım hörmət bir anın içində əldən gedər. Şöhrət adama elə-belə verilmir. İnsan gərək şərəf və ləyaqətini qorusun. 

- Xalq artistləri Aygün Kazımova ilə Brilliant Dadaşova sosial şəbəkə istifadəçilərini heyrətə salan şəkillər paylaşırlar... 

- Allah onların qollarına qüvvət versin! Qoy etsinlər. Bunun mənə nə dəxli var? 

- Fəxri ad, müxtəlif titullar daşıyan adamların belə şəkilləri, görüntüləri internet səhifələrinə çıxarması düzgündür? 

- Fəxri adları həmin müğənnilərə mən verməmişəm axı! Adı onlara verənlər var. Bu barədə həmin adamlar düşünməlidirlər. Fəxri adalar o kəslərə verilir ki, həmin adamlar el arasında nüfuz sahibi olur. Vallah, bunları eşidəndə mən özüm də xəcalət çəkirəm. Onların arasında gedən davadan, qalmaqaldan xəbərdaram. Bəzən özüm də mətbuatı izləyirəm, amma susuram, səsimi çıxarmıram, heç bir şeyə mü-nasibət bildirmirəm. Kimsə bir söz deyir. Başqası da onun ünvanına təhqiramiz ifadələr işlədir. Bunarın işi Allaha qalıb! Biz bəndələr həmin adamların bu hərəkətləri qarşısında acizik. Allah onlara rəhm eləsin! Bəlkə haçansa təəssüf hissi keçirərlər. 

- Dalaşanların, bir-birini təhqir edənlərin sayı azmış kimi Flora Kərimova ilə Faiq Ağayev də bu sıraya qoşuldu... 

- Sovet hökumətinin vaxtında biz çox şey bilirdik. Sənət adamlarının həyatında şəxsi problemlər vardı. Amma əsl həqiqəti yalnız onların əhatəsində olan sənətkarlar bilirdi. Olaylar nə qəzetə, nə də televizi-yaya çıxırdı. Sovet hökumətinin qayda-qanunları imkan vermirdi ki, televiziya və radiolarda bu mövzuda müzakirə aparılsın. Amma bu gün ən xırda davanı da ekranlara çıxarırlar. Hələ bu azmış kimi mətbuat səhifələrini də zəbt edirlər. Hamının evində uşaq böyüyür. Həmin uşaqlar bunlara baxıb nə ibrət götü-rəcək? Özüm də qalmışam məəttəl. Hərdən mənə elə gəlir ki, onların ünvanına işlədilən söyüşün yarısı da mənə çatır. Bir müğənni kimi çox xəcalət çəkirəm. 

- Xalqın həqiqi sevgisini qazanmış Flora Kərimova deyib ki, Faiq Ağayevin "mavi" olması ilə bağlı əlində kaset var. Sizcə, öz həmkarını bu cür təhdid etmək Flora xanım kimi yaşlı bir sənətçiyə yaraşarmı? 

- Allahdan arzum budur ki, jurnalistlər insafa gəlib, belə biabırçılıqları qələmə almasınlar. Başqa çarə yoxdur. Əgər mətbuat bundan imtina etsə, desə ki, biz sizin səviyyənizə enmək istəmirik, həmin söh-bətlər yada düşməyəcək. Ağbirçəklə ağsaqqal yerini və həddini bilməlidir. Məsələ burasındadır ki, aranı qatan elə ağbirçəklərdi. 

- Deputat Nizami Cəfərov deyib ki, əgər tamaşaçılar imza toplasalar, bu məsələyə Milli Məclisin Mədəniyyət Komitəsində baxıla, lazım gəlsə onların fəxri adları əllərindən alına bilər... 

- Kim müraciət edəcək? Heç kim buna imza atmaz. Birincisi, bu camaata gərçəkdən əyləncə lazımdır. Ciddi söhbətlər tamaşaçı üçün heç vaxt maraqlı olmur. İnsanlar həmişə əyləncəyə meyl edirlər. Bəs, in-sanlar yazıq deyil? Dərdlərini necə unuda bilərlər? Camaat onlara baxıb ləzzət alır, çayxanalarda onun--bunun arxasınca danışıb gününü keçirir. Kənd camaatı sənət adamlarını təhlil edirlər ki, gəl görəsən. Kənddə yaşayanlar səhnədə və səhnədən arxada baş verənləri bizdən yaxşı bilirlər. Elə mənim özüm, sənət adamı olsam da, baş verənləri ondan-bundan eşidirəm. "Mavi"lərlə, şou adamları ilə bağlı söh-bətlər cəmiyyətin bir qurup üzvü üçün əyləncə vasitəsidir. Cəmiyyət bunları məsxərəyə qoyur, ələ salır, yeri gələndə olanlardan zövq alır. Belə olan təqdirdə onlar buna son qoyulmasını niyə xahiş etməlidir-lər? 

- Bu il seçki ilidir. Məgər xalq artistləri bunu dərk etmirlər? Doğrudanmı şou cəmiyyətin özü üçün bu qə-dər maraqlıdır? 

- Təbii ki, belədir. Siyasət kimə lazımdır? Siyasətin öz adamları var. Sənət adamının məlumatını oxuyan-ların sayı deyək ki, 10 mindir. 10 min də 20 mininin yanında danışır. Bu oldu 30 min. Bəs hansı siyasətçi-nin xəbərini 30 min adam oxuyub? 

Şou daha çox populyardır. Xalq artisti və əməkdar artist fəxri adları balaca iş deyil. Onların hər birinin al-tında Azərbaycan Prezidentinin imzası var. Çox yaxşı olar ki, fəxri ad alanları əvvəl xalqın öz ixtiyarına buraxaq. Məsələn, 20 sənət adamı seçək və onların adını mətbuatın ixtiyarına verək. Ümumi rəyi öy-rənmək üçün bu, ən əlverişli variantdır. Kim kimi bəyənirsə, onun adını yazıb göndərsin lazımı ünvana. Ən əsası isə buna əyləncə kimi baxmasınlar. Çünki xalq artisti adı alan adam böyük bir zirvəyə ucalır və milyonlardan fərqlənir. Ad almaq elə-belə məsələ deyil. Hər küçədən keçənə fəxri ad vermək olmaz! 

- Təəssüf ki, bu gün layiq olmayan adama da xalq artisti adı verilir... 

- Xalq artisti ağzından çıxan hər bir sözə sahib olmalı, davranışları ilə başqalarına nümunə göstərilməlidir. Sənin efirdəki çıxışın min yerə yozula bilər. Məsələn, mənim bir danışığımla xalq hesablaşar. Çünki mən xalqa yaxın sənətkaram. Sənətkar elə etməlidir ki, onun dediyi sözlər önəm kəsb etsin. Bu isə çox çətin məsələdir. Bunu elə-belə yoluna qoymaq olmaz. Kimin kefi nə istəyir, onu da edir. Orda-burda ağzına nə gəlir danışır. Efir olub çirkli küçə. Xalq artisti nə istəyir, onu da danışır. Xalq artisti olmaq üçün ilk öncə məsuliyyət daşımalısan. Bunlar o adın məsuliyyətini dərk etmirlər. Sənətkar dövlətin manafeyinə uy-ğun danışmalıdır. Ayıbdır! Böyük bir nəslin davamçısı belə səviyyəsiz hərəkətlərə yol verməməlidir. Sə-nin titulunun altında Azərbaycanın bir nömrəli adamının imzası var. Sən onun adına xələl gətirə, danışıq-larınla özünə düşmən qazana bilməzsən. Ən böyük bəla budur ki, bu gün Azərbaycan toylarını özlərini hörmətdən salan həmin adamlar idarə edirlər. Və onları əsasən də məmur övladlarının toylarını aparır-lar. 

- Təranə Qumral və Cabbar Musayev cütlüyü bəyan etdi ki, ailədə baş verən münaqişədən sonra toyla-rının sayı artıb, üstəlik, qiyməti də qaldırıblar... 

- Belə də olmalı idi. Başqa necə ola bilərdi? 

- Bir-birini xəyanətdə ittiham edən sənət adamından gənc nəsil hansı nümunəni götürə bilər? 

- Nəinki sıravi insanlar, hətta yüksək rütbəli məmurlar da bəzən həmin sənət adamlarını evlərində qo-naq edib, başda oturdurlar. Məmurlar uşaqlarının toyunu onlara həvalə edirlər. Hələ bunlar bir yana, xarici ölkələrdə hansı oyunlardan çıxarırlar, onu Allah bilir. 

Problemlər çoxdur. Dövlət başçısının belə məsələlərlə maraqlanmağa vaxtı olmur. Belə məsələlərlə məmurlar məşğul olmalıdırlar. 

- Yaradıcılığınızda hansı yeniliklər var? 

- Ramazan ayıdır, toylar dayanıb, tədbirlər də keçirilmir. Bu ay biz sənətkarların istirahət ayıdır. Mən də Ramazan ayının başlanmasından istifadə edib, doyunca dincələcəm. Ayrı-ayrı rayonlarda və Bakı kənd-lərində oluram. Mənim üçün dünyanın ən gözəl yeri vətənimdir. Bu arada "Oxu sətir-sətir" adlı bir mah-nı da yazmışam. Mahnının musiqisi özümə, sözləri isə Rasim Kərimliyə aiddir. Hazırda bu mahnı aranji-man olunur. Aranjimançı Rəşad yaxın vaxtlarda bu mahnını təhvil verəcək. Mən də onu tamaşaçılarıma təqdim edəcəm. İyulun 15-də Milli Parkda açıq havada konsert olacaq. Həmin konsertə mən də dəvət almışam. 

“Reytinq” qəzeti