“07” dərəyə aşdı

07-dereye-asdi
Oxunma sayı: 1771

Bakı-Qazax yolunun 167-ci km-də Kürdəmir rayonunun Sığırlı kəndində qəza baş verib.

"Qafqazinfo" xəbər verir ki, sürücü 47 yaşlı Tovuz sakini Azad İsmayılov idarə etdiyi  VAZ-2107 markalı avtomaşınla Gəncə istiqamətində hərəkətdə olarkən qəfildən idarəetməni itirib. Nəticədə avtomaşın yol kənarındakı dərəyə yuvarlanıb. Qəza nəticəsində sürücü A. İsmayılov müxtəlif  bədən xəsarətləri alaraq Kürdəmir rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Rəşad Türkoğlu