1 milyona yaxın qazanan Ruslan Almaniyaya getdi

1-milyona-yaxin-qazanan-ruslan-almaniyaya-getdi
Oxunma sayı: 653

İslam Oyunlarında atıcılıq yarışlarında 5 qızıl medal qazanmaqla diqqət mərkəzinə düşən Ruslan Lunyov Azərbaycanı tərk edib. 

“Qafqazinfo” xəbər verir ki, 28 yaşlı snayperimiz Almaniyanın Münhen şəhərinə yollanıb. 

Lunyov orada dünya kuboku yarışlarında iştirak edəcək. Yarışlar sabah Bakı vaxtilə 15:00-da başlayacaq.

Qeyd edək ki, Lunyov hər qızıl medala görə 150 min manat olmaqla, yarışlardan 750 min qazanıb.