12 hərbçi dünyasını dəyişib – - İki ayda

12-herbci-dunyasini-deyisib-
Oxunma sayı: 1112


Bu barədə “Qafqazinfo”ya məlumat verən “Doktrina” JHAM direktoru Cəsur Sümərinli qeyd etdi ki, ötən müddətdə 17 nəfər yaralanıb və ya xəsarət alıb. C.Sümərinli qeyd edib ki, müvafiq dövrdə dünyalarını dəyişənlərin 4-ü döyüş (erməni gülləsi), 8-i isə qeyri-döyüş itkiləridir. 2 - nəfər avtoqəzadan,  2- nəfər xəstəlikdən dünyasını dəyişib. 4 nəfərsə intihar edib. Dünyasını dəyişənlərin 11-i Müdafiə Nazirliyinin, 1-i Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinin hərbi qulluqçularıdır.

Yaralılara və xəsarət alanlara gəlincə (17 nəfər) C.Sümərinli bildirib ki, onların 7-si qeyri-nizamnamə hadisələrindən (o cümlədən ehtiyatsızlıqdan) 2-si intihara cəhddən, 2-i erməni gülləsindən, 1- nəfər mina partlayışından, 5-i isə avtoqəza nəticəsində yaralanıblar və ya xəsarət alıblar. 14 nəfər Müdafiə Nazirliyinin hərbi qulluqçusu,  2 nəfər Dövlət Sərhəd Xidmətinin, 1 nəfərsə Ədliyyə Nazirliyi Penitensiar xidmətinin mühafizə alayının hərbi qulluqçusudur. Yaralıların və xəsarət alanların bir çoxu xidmət yerinə qayıdıblar.

Müvafiq dövrdə Azərbaycanın bir mülki vətəndaş erməni tərəfinin gülləsindən yaralanıb. Eyni zamanda bir Ermənistan mülki vətəndaşı Azərbaycan tərəfə əsir düşüb. Müvafiq dövrdə 1 nəfər hərbi çağırışçımız avtomobil qəzasından dünyasını dəyişib.