126 nəfərdən çox “sarı jiletli” saxlanıldı - Video

126-neferden-cox-sari-jiletli-saxlanildi
Oxunma sayı: 681

Parisdə “sarı jiletlilər” yenidən fəallaşıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, etirazçılarla polis arasında qarşıdurma yaranıb. Küçələrdəki avtomobilləri yandıran aksiyaçılara qarşı gözyaşardıcı qazdan istifadə edilib. 126 nəfərdən çox "sarı jiletli" isə saxlanılıb.

Prezident Emmanuel Makron vəziyyətlə bağlı onu məlumatlandırması üçün daxili işlər naziri Kristof Kastaneri yanına çağırıb.