15 yaşlı gəlin 90 yaşlı təzə bəydən qaçdı

15-yasli-gelin-90-yasli-teze-beyden-qacdi
Oxunma sayı: 664

Onun şikayət ərizəsində bildirilir ki, həmin şəxslərin qızı, 15 yaşlı gəlin toydan sonra yataq otağının qapısını içəridən bağlayaraq "təzə bəy"i gərdəyə buraxmayıb.
Səhər isə təzə gəlin pəncərədən qaçaraq valideynlərinin evinə gedib.

Milli.Az Al Jazeera-ya istinadən bildirir ki, təzə bəy gəlinin valideynlərinə - əslən Yəməndən olan ataya və Səudiyyə Ərəbistanının vətəndaşı olan qadına "süd pulu" qismində 17500 dollar ödəyib.
"Onlar ya arvadımı qaytarsınlar, ya da pulumu", - "təzə bəy" deyib.

90 yaşlı kişinin şikayət ərizəsi sərt Şəriət qaydalarının hökm sürdüyü Səudiyyə Ərəbistanında belə, qəzəblə qarşılanıb.
Tanınmış üləma Məhəmməd Xalid əl Nuhza bu "nikah"ı qətiyyətlə pisləyib: "Belə nikah uşaq alveri, azyaşlıların fahişəliyə vadar edilməsidir. 90 yaşlı həpəndin cəzalandırılmasını tələb edirəm".

Səudiyyə Ərəbistanının İnsan Haqları Assosiasiyasının (NSHR) üzvü Süheylə Zəin əl Abidin isə hakimiyyət dairələrini işə müdaxilə edərək 15 yaşlı qızı xilas etməyə çağırıb.

"Unutmayın ki, Şəriətə görə nikah yalnız tərəflərin qarşılıqlı razılığı əsasında gerçəkləşə bilər. Üstəlik, Səudiyyə Ərəbistanında nikaha girmək üçün minimal yaş 15 yox, 18-dir", - əl Abidin deyib.