2 milyardıncı ton Azərbaycan nefti

2-milyardinci-ton-azerbaycan-nefti
Oxunma sayı: 1069

“İki sahil” qəzeti 2 milyardıncı ton  Azərbaycan neftinin hasil  olunması münasibətilə 82  səhifəlik xüsusi buraxılış nəşr etdirib.

“Qafqazinfo” xəbər verir ki, xüsusi buraxılışın səhifələrində Azərbaycanda  bir milyardıncı ton neftin  1971-ci il martın 28-də çıxarılması faktı, ölkə Prezidenti İlham Əliyevin   iki milyardıncı ton neftin hasil edilməsi  münasibətilə 7 noyabr   2017-ci il tarixli «Azərbaycan Respublikasında neft  sənayesi işçilərinin təltif edilməsi haqqında», «Azərbaycan neft sənayesi işçilərinə Azərbaycan Respublikası Prezidentinin  fərdi təqaüdünün verilməsi haqqında», «Azərbaycan Respublikasında  neft sənayesi işçilərinə fəxri adların verilməsi haqqında» sərəncamları yer alıb.  
 
Həmçinin SOCAR-ın prezidenti, Milli Məclisin deputatı Rövnəq Abdullayevin 2 milyardıncı  ton Azərbaycan neftinin hasil olunması münasibətilə  təbriki də nəşrə əlavə edilib. 

Xüsusi buraxılışa Heydər Əliyevin «Azərbaycanın  böyük neft və qaz sərvətlərinə malik olması bizim xalqımızın xoşbəxtliyidir və bu gün üçün, gələcək üçün, xalqımızın   yaxşı yaşaması üçün ölkəmizin inkişaf etməsi üçün ən əsas amildir» fikri ilə  sonluq verilir.