2600 sürücünün vəsiqəsi alınıb

2600-surucunun-vesiqesi-alinib
Oxunma sayı: 2052


“Qafqazinfo” məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsindən açıqlama alıb. İdarədən bildirilib ki, təkcə 2013-cü il ərzində cərimə ballarına görə 2636 sürücünün hüququ müxtəlif müddətlərə məhdudlaşdırılıb. Ümumilikdə isə ötən il yol hərəkətinə nəzarət prosesində DYP əməkdaşları 1.429.781 yol hərəkəti qayda pozuntusu, o cümlədən nəqliyyat vasitələrinin sərxoş sürücülər tərəfindən idarə edilməsi üzrə 10.424, müəyyən olunmuş sürət həddinin aşılması üzrə 299.368, ötmə qaydalarının pozulması üzrə 28699, yolayrıclarının keçilməsi qaydalarının pozulması üzrə 52.620, sərnişin daşıma qaydalarının pozulması üzrə 4727 fakt aşkar ediblər.