“28 May” bağlanmayacaq

28-may-baglanmayacaq
Oxunma sayı: 637

Stansiyanın yenidənqurulması ilə bağlı məlumat dərc edildikdən sonra bir sıra mətbuat orqanlarında stansiyanın bağlanması ilə əlaqədar yanlış məlumatlar dərc olunub. Bildiririk ki, yenidənqurma işləri zamanı stansiyanın müvəqqəti bağlanması və fəaliyyətinin dayandırılması nəzərdə tutulmayıb.

Həmişə olduğu kimi, görülən işlər, ələlxüsus da sərnişinlərin maraqları ilə toqquşan tədbirlər barədə metropoliten rəhbərliyi daim sərnişinləri əvvəlcədən məlumatlandırıb, lazım olduqda, bu barədə ətraflı məlumatlar da təqdim edib.

Bundan sonra da həm «28 May» stansiyasının rekonstruksiyası, həm də digər işlər barədə ictimaiyyətə, o cümlədən kütləvi informasiya vasitələrinə operativ məlumatlar təqdim olunacaq.