29 yaşlı kişi bədbəxt hadisənin qurbanı oldu

29-yasli-kisi-bedbext-hadisenin-qurbani-oldu
Oxunma sayı: 652

Tovuz rayon sakini ehtiyatsızlıq nəticəsində dünyasını dəyişib.

“Qafqazinfo”nun APA-ya istinadən verdiyi məlumata görə, hadisə Qovlar şəhərində qeydə alınıb.
 
Rayonun Alakol kənd sakini, 1988-ci il təvəllüdlü İsayev Elçin Qurban oğlu hərəkətdə olan traktora qoşulan ot ilə yüklənmiş qoşqunun üstündə gedən zaman ehtiyatsızlıq nəticəsində yerə yıxılıb. Ağır dərəcəli kələ-beyin travması alan E. İsayev hadisə yerində ölüb.
 
 Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.