4 aydan sonra tutuldu

4-aydan-sonra-tutuldu
Oxunma sayı: 741

Gəncə şəhərində evdən oğurluq edən şəxs saxlanılıb.

DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan “Qafqazinfo”ya  verilən məlumata görə, Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş 29 yaşlı Vidadi İsmixanov oktyabr ayının 3-də şəhər ərazisindəki evlərdən birinə gizli yolla daxil olaraq oradan 1000 ABŞ dolları nağd pulu və 350 manat dəyərində 1 ədəd kompyuteri oğurlayıb. V. İsmixanov saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.