7 yaşlı oğlanı maşın vurdu

7-yasli-oglani-masin-vurdu
Oxunma sayı: 1509

Ağstafada avtomobil piyadanı vurub.

“Qafqazinfo”nun verdiyi məlumata görə, hadisə rayonun Dağ Kəsəmən kəndində qeydə alınıb. Kənd sakini, 2011-ci il təvəllüdlü Cavid Məhəmməd oğlu Mustafayev yolu keçən zaman hərəkətdə olan “Mercedes” markalı avtomobillə vurulub. Xəsarət alan azyaşlı dərhal xəstəxanaya çatdırılıb.

Faktla bağlı Ağstafa rayon Polis Şöbəsində araşdırma aparılır.

Elmar Əli