969 milyonluq yük daşınıb

969-milyonluq-yuk-dasinib
Oxunma sayı: 664

Bu ilin yanvar-aprel aylarında dəmir yolu nəqliyyatı ilə 969 milyon 965 min ABŞ dolları dəyərində 2 milyon 36 min 708 ton yük daşınıb.

“Qafqazinfo” Azərtac-a istinadən xəbər verir ki, dörd ayda dəmir yolu nəqliyyatı ilə ixrac olunan 578 min 336 ton yükün dəyəri 188 milyon 726 min ABŞ dolları təşkil edir. Bu nəqliyyat növü ilə idxal olunan yüklərin həcmi 1 milyon 458 min 371 ton, dəyəri isə 781 milyon 238 min ABŞ dollarıdır.