ABŞ-da sərnişin təyyarəsi oğurlandı - F-15-lər havaya qalxdı+Video

abs-da-sernisin-teyyaresi-ogurlandi
Oxunma sayı: 6131

ABŞ-ın Sietl aeroportunda Alaska Airlines aviaşirkətinin əməkdaşı icazəsiz uçuş həyata keçirib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, oğurlanan təyyarənin göyərtəsində sərnişin olmayıb. Sərnişin təyyarəsini təqib etmək üçün iki F-15 qırıcısı göndərilib. Lakin bir müddət sonra təyyarə qəzaya düşüb. 

Hüquq-mühafizə orqanları insidentin terrorla əlaqəsi olmadığını hesab edirlər. 

ABC telekanalı mənbəsinə istinadən məlumat verib ki, təyyarəni oğurlayan aviaşirkətin əməkdaşı enişi həyata keçirmək üçün kifayət qədər biliyə sahib olmayıb.