Gürcüstan müxalifəti 3 gün sonra yeni mitinq keçirəcək

gurcustan-muxalifeti-3-gun-sonra-yeni-mitinq-kecirecek
Oxunma sayı: 1054

Gürcüstan müxalifəti yeni mitinq elan edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Sputnik Georgia” məlumat yayıb.

Belə ki, mitinq aprelin 28-də saat 19:00-da Respublika meydanında keçiriləcək.

Müxalifət partiyalarının yaydığı birgə bəyanatda deyilir ki, ictimai təşkilatlar və media qurumları hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının parlamentə təqdim etdiyi “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinə etiraz olaraq hakimiyyətlə əməkdaşlığı dayandırır.

Qeyd edək ki, Gürcüstan hökuməti və hakim “Gürcü Arzusu” partiyası da aprelin 29-na ümumrespublika mitinqi elan edib. Hakimiyyətin mitinqində 100 mindən çox insanın iştirakı nəzərdə tutulur.