ABŞ Əfqanıstandakı hərbi gücünü artırır

abs-efqanistandaki-herbi-gucunu-artirir
Oxunma sayı: 637

ABŞ Əfqanıstandakı hərbçilərinin sayını 3 min artıracaq.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Pentaqon nümayəndəsi Maykl Endryu bildirib.

"Biz hərbçilərin hara göndəriləcəyini deməyəcəyik. Çünki düşmənin planımızdan xəbər tutmasını istəmirik", deyə Endryu söyləyib.

Daha əvvəl ABŞ-ın Müdafiə naziri Ceyms Mettis bu barədə bildirimişdi.

Beləliklə Pentaqon Əfqanıstandakı hərbi kontingentinin ümumi sayını 14,5 min nəfərə çatdıracaq.