“Açıqlama vermək fikrim də yoxdur”

aciqlama-vermek-fikrim-de-yoxdur
Oxunma sayı: 4247

Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı Azərbaycan Xalq Hərəkatından (AXH) uzaqlaşdırılması ilə bağlı yayılan məlumatlara münasibət bildirmək istəməyib.

"Qafqazinfo" xəbər verir ki, Modern.az saytı Nemət Pənahlı ilə əlaqə saxlayıb. Ancaq o, sözügedən mövzuda açıqlama verməyib:

“Bilmirəm, saytlar bu məlumatı haradan götürüb. Mən özüm bu barədə danışmamışam. Açıqlama vermək fikrim də yoxdur. Nə zaman rəy bildirərəmsə, onda xəbəri yayarlar”.

Qeyd edək ki, bu il yanvarın 26-da sabiq daxili işlər naziri İsgəndər Həmidovun təşəbbüsü ilə Azərbaycan Xalq Hərəkatı adlı qurum yaradılıb.  Qurumun təsisçiləri sırasında Klassik Xalq Cəbhəsi Partiyası (sədr Mirmahmud Mirəlioğlu), Ümid Partiyası (sədr İqbal Ağazadə), Demokrat Partiyası (sədr Sərdar Cəlaloğlu), Vətəndaş və İnkişaf Partiyası (sədr Əli Əliyev), Ağ Partiya (sədr Tural Abbaslı), Böyük Azərbaycan Partiyası (sədr Elşad Musayev), Milli Dövlətçilik Partiyası (sədr Nemət Pənahlı), Azərbaycan Liberal Demokrat Partiyası (sədr Fuad Əliyev) və başqa partiyalar, sabiq müdafiə naziri Rəhim Qazıyev, AXCP sədrinin keçmiş müşaviri Ramiz Tağıyev və digərləri var.