Afina zibil içində batır - Fotolar

afina-zibil-icinde-batir
Oxunma sayı: 652

Yunanıstanda təmizlik işçiləri 4 gündür aksiya keçirərək işə çıxmırlar.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, müqavilələri bitmək üzrə olan və yeni müqavilə imzalanmayan işçilər buna etiraz olaraq küçələri təmizləmirlər.

Paytaxt Afinada zibil qutuları dolub-daşıb, küçələr zibilliyə çevrilib.

İşçilər Daxili İşlər Nazirliyinin qarşısında zibil yığınlarına od vurublar. Polisin gözyaşardıcı qazlar müdaxiləsindən sonra aksiyaçılar ərazidən uzaqlaşıblar.

Qeyd edək ki, müqavilələrin uzadılmamasına görə Yunanıstanda 10 min bələdiyyə işçisinin işsiz qalma ehtimalı var.