“Ağıllı adamam...”- - Cavanşir Məmmədov

agilli-adamam-
Oxunma sayı: 2206


 “Qafqazinfo”nun məlumatına görə, bahalı avtomobilləri ilə tez-tez gündəmə gələn sənətçi maşınlarından söhbət açıb: 

“Utanırdım avtomobillərimdən danışmağa, adını maşın həvəskarı qoyurdum. Ağıllı adamam. Heç nəyin həvəskarı deyiləm, nəyin həvəskarı olduğunu özüm bilirəm. Utanmışam deməyə ki, filan maşın belə gəldi, filan ev belə getdi. Hər bir böyük sənətkarın bahalı avtomobili olub. Bülbülün “Volqa”sı olub, amma heç kimdə olmayıb. Əgər xalqın içində nüfuzun varsa, ortaya nəsə qoymalısan. 17 yaşımdan bu sahəyə xidmət edirəm, indi mənim maşınım, evim olmamalıdır?  Xarici ölkədə ev almamışam, xeyri öz ölkəmə vermişəm. Sənətim məni dolandırır. Deyirlər, xalq sənətkarı dolandırır. Xalq sənəti olmayan adamı dolandırmır. Xalqın əziyyətini çəkib, bu sahədə ciddi, dəqiq olmuşam, xalqımı pis vəziyyətdə qoymamışam. Narkoman olsaydım, xalq məni niyə sevirdi? Xalqın gözü tərəzidir, hər şeyi görür”.