Akif Rüstəmovun xatirəsinə idman turniri keçiriləcək

akif-rustemovun-xatiresine-idman-turniri-kecirilecek
Oxunma sayı: 631

. Federasiyanın mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, turnir uzun illər boyu Azərbaycanda dağ idmanının inkişafında və gənclərin bu idmana cəlb olunmasında xüsusi xidmətləri olmuş, ömrünün çiçəklənən vaxtında dünyasını dəyişən tanınmış dağ idmançısı Akif Rüstəmovun xatirəsinə həsr olunur.
Turnir mərhum idmançının yaxın dostları və bu gün FAİREX-in klublarına rəhbərlik edən idmançıların təklifi ilə keçirilir.
Turnirin təşkilat komitəsinin rəhbəri Akif Rüstəmovun yaxın dostu olmuş tanınmış dağ idmançısı və FAİREX-in “Zirvə” klubunun rəhbəri Mövlud Əzizovdur.
Qeyd edək ki, turnirin qalibləri FAİREX tərəfindən yüksək mükafata layiq görüləcəklər.