“Akkord” aparıcı reytinq agentlikləri ilə danışıqlara başlayıb

akkord-aparici-reytinq-agentlikleri-ile-danisiqlara-baslayib
Oxunma sayı: 636

“Akkord”un İctimaiyyətlə Əlaqələr və Reklam Departamentindən “Qafqazinfo”ya verilən məlumata görə, Korporasiyada biznes istiqamətlərinin, strateji planlaşdırmanın, korporativ idarəetmə və maliyyə hesabatlarının hazırlanması və açıqlanması təcrübələrinin, investisiya cəlbediciliyi və s. mühüm amillərin qiymətləndirilməsi və nəticə etibarı ilə müvafiq reytinqin verilməsi həyata keçiriləcək. Reytinqin alınması “Akkord” Korporasiyasında həm hazırkı durumu obyektiv qiymətləndirmək, həm də təkmilləşdirilməsi tələb olunan sahələri müəyyən etmək imkanı verəcək. Bu əhəmiyyətli təşəbbüs Korporasiya üçün beynəlxalq bazarlara çıxış imkanlarını daha da genişləndirəcək və investorların, bankların və digər maraqlı şəxslərin ona olan etibarını gücləndirəcək.

Qeyd edək ki, “Akkord”un yaxın və uzaq region ölkələrində uğurla yerinə yetirdiyi bir çox irimiqyaslı layihələr artıq bir müddətdir ki, dünyanın nüfuzlu biznes təşkilatlarının ciddi marağına səbəb olub. Elə 2011-ci ildə Korporasiyanın layiq görüldüyü ali beynəlxalq mükafatlar da bunu bir daha təsdiq edir. Bu mükafatlardan biri Korporasiyaya Parisdə “Ticarətin Liderləri Klubu” və “Editorial Ofice” təşkilatı tərəfindən təsis edilən “Yeni minilliyin mükafatı”nın 23-cü təqdimat mərasimində təqdim edilib. Həmin tədbirdə “Akkord” Korporasiyası “Beynəlxalq İnşaat Mükafatı”na, eyni zamanda, “Biznes sahəsində liderliyə görə” qızıl medala layiq görülüb. İkinci nüfuzlu ali mükafat isə, Korporasiyaya baş qərargahı London şəhərində yerləşən və Avropanın biznes sahəsində araşdırmalar və tədqiqatlar aparan aparıcı biznes mərkəzlərindən biri - Avropa Biznes Assambleyası (ABA) tərəfindən verilib. Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının tarixi Oxford şəhərində keçirilən Liderlərin Oxford Sammitində ABA Nominasiya Komitəsinin qərarına əsasən, “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” inşaat-tikinti sahəsində “İlin Lider Şirkəti” diplomuna, Korporasiyanın rəhbəri Xaqani Quluzadə isə, “Biznes sahəsində peşəkar nailiyyətlərə görə” diplomuna və “Ən yaxşı idarəetməyə görə” medalına layiq görülüb.

Nigar Məmmədli