Aktyor Bruney sultanının 2 otelini boykot etdi

aktyor-bruney-sultaninin-2-otelini-boykot-etdi
Oxunma sayı: 1423

Hollivud ulduzu Corc Kluni Bruney sultanı Hassanal Bolkiahı sərt bir şəkildə tənqid edib. “Qafqazinfo” xəbər verir ki, buna səbəb ölkə rəhbərinin LGBT üzvlərinə şiddəti leqal hesab edən qanunu təsdiqləməsidir. 

Kluni bu yaxınlarda Bruneydə baş verən hadisədən söz açıb: “Dünyanın ən zəngin olan beşinci ölkəsində bir qadının homoseksual olduğu üçü boynuna qədər basdırılıb, 25 nəfər tərəfindən öldürülənə qədər başına daş atılıb”.

57 yaşlı aktyor sultanın iki məşhur otelini isə boykot edib. Kluni ölkəyə səfər edən turistlər və yerli sakinlərə çağırış edərək onlara həmin otellərdən istifadə etməməyi məsləhət görüb: 

“Pis insanları yaxşı edə bilməzsən. Amma yaxşıların pislərlə ortaq iş görməsinin qarşısını ala bilərik. Sizin üçün bir misal çəkim. Bundan 20 il sonra övladınıza deyəcəksiz: “Bu möhtəşəm otellərə sahib olan adamın homoseksualları daşladığı doğrudur? Siz də “Hə” deyəcəksiz. Övladınızın sonrakı sualı bu olacaq: Sən yenə də o otelə gedirsən?”.