Aktyorun həyatı səhnələşdirildi

aktyorun-heyati-sehnelesdirildi
Oxunma sayı: 687

Quruluşçu rejissoru Türkan Əlizadə olan estrada xarakterli tamaşada aktyorun 30 illik teatr və kino fəaliyyətindən epizodlar onun tələbələrinin ifasında nümayiş olunub.

Tamaşada xalq artisti Ramiz Əzizbəyli, teatrşünas, tənqidçi Aydın Talıbzadə, şair Ramiz Rövşən, xalq artisti Ağakişi Kazımov, Dövlət Pantomima Teatrının baş rejissoru, əməkdar incəsənət xadimi Bəxtiyar Xanızadənin, əməkdar artist Məmmədsəfa Qasımovun Vidadi İsmayılın sənət fəaliyyəti barədə fikirlər səsləndiriblər, Dövlət Pantomim Teatrının və “YUĞ” teatrının yaradıcı heyətinin ifasında nömrələr nümayiş olunub.

Vidadi İsmayıl “Qala”, “Yalan”, “Burulğan”, “Fatehlərin divanı” kimi filmlərdə baş rollar, “Bəyin oğurlanması”, “Burulğan”, “Təxribat” və digər filmlərdə yaddaqalan obrazlar yaratmışdır.