Alpinistlərin axtarışının yeni mərhələsi başladı

alpinistlerin-axtarisinin-yeni-merhelesi-basladi
Oxunma sayı: 2216

İtkin düşmüş alpinistlərin axtarışına kömək etmək üçün təcrübəli alpinistlər yenidən Tufandağa yollanıb. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı alpinist Sirxan Məmmədov sosial şəbəkədə paylaşıb. O bildirib ki,  fevralın 1-də 2 nəfərlik qrupla Şahyaylağında yerləşən qərargaha gediblər:

“2 fevral tarixində səhər saat 10:00-da 6 nəfər FHN xüsusi riskli xilasediciləri və 4 nəfər peşəkar alpinistlə Mahmuddərənin aşağı hissəsindəki qar uçqunları olan ərazilərdə özümüzlə gətirdiyimiz RECCO® cihazı ilə axtarışlara başladıq. Uçqun olan yerləri sektorlara bölərək cihazla scan etməyə başladıq. Gün ərzində 2 qar uçqunu olan ərazini RECCO® cihazı ilə scan etdik.

3 fevral tarixində səhər saat 9:00-da yenidən Mahmuddərənin yuxarı hissələrini cihazla scan etməyə başladıq. Qarın qalınlığı çox olan yerlərdə yeni xəndəklər qazdıq və həmin yerləri də scan etdik. Günortadan sonra 3000 m yüksəklikdə olan yamaclara da baxdıq.

RECCO® cihazı telefonların batareyaları və həmçinin bios batereyaları tükənsə belə sim kart çipinə siqnal vermə üstünlüyünə malikdir. Ancaq təəssüf ki, qarın dərinliyi çox idi və cihazın gücü buna imkan vermədi.

Cihazın daha dərindən siqnallar ala bilməsi üçün əlavə gücləndirici antenlərə ehtiyacımız var. Bunları əldə etdiyimiz zaman yenidən axtarış üçün əraziyə qayıdacağıq”.

Günel Hacı