Amerika müsəlman tələbə “ov”una çıxıb

amerika-muselman-telebe-ovuna-cixib
Oxunma sayı: 654

"Qafqazinfo"nun əldə etdiyi məlumata əsasən, Pensilvaniya, Yale və digər ali təhsil ocaqlarındakı tələbələr haqqında bütün məlumatlar (gündə neçə dəfə namaz qılmasına qədər) Nyu-Yorkun hüquq-müafizə orqanın rəhbəri Raymond Kelliyə təqdim olunur. Nyu-York polisi tələbələrin təqib olunmasında səbəbi son vaxtlar ardıcıl olaraq şübhəli tutulan müsəlman gənclərində görür. Təqiblərə sərt etirazını bildirəm Müsəlman Tələbələri Dərnəyinin rəhbəri Tanver Hak tələbələrin hüquqlarının kobud şəkildə pozulduğunu qeyd edir, onların şəxsi həyatlarının da nəzarətdə saxlanılmasını pisləyir. Etirazın qarşılığında Nyu-York Bələdiyyəsinin rəhbəri Maykl Blumber, eləcə də şəhərin baş polisi Raymond Kelliy yazılı bəyanatında isə polisin qanuni prosedura uyğun hərəkət etdiyini, baş verəcək hər hansı insidentin qarşısını alan tədbir kimi qiymətləndirdiyinı bildiriblər.

Raminə