Ana 7 yaşlı qızını boğub öldürdü

ana-7-yasli-qizini-bogub-oldurdu
Oxunma sayı: 646

APA-nın Qarabağ bürosunun xəbərinə görə, hadisəyə məktəblinin dərslərinə yaxşı hazırlaşmamasının səbəb olduğu bildirilir. Ana övladını döydükdən sonra boğaraq öldürüb.

Yerli hüquq-mühafizə orqanlarından APA-nın Qarabağ bürosuna bildirilib ki, P. Kərimova 2003-cü ildə 4 aylıq oğlunu da suda boğaraq öldürüb. 9 il əvvəl cinayət məsuliyyətinə cəlb edilən Pərvanə Kərimova Gəncə Ruhi Əsəb Dispanserində müalicə olunub.

O, növbəti dəfə övladını öldürdükdən sonra ağır stress vəziyyətində Goranboy Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Goranboy Rayon Prokurorluğunda cinayət işi başlanıb.