“Aramızda sevgi münasibəti ola bilməz”- - Sevda

aramizda-sevgi-munasibeti-ola-bilmez-
Oxunma sayı: 4127


 “Qafqazinfo”ya açıqlamasında müğənni daha iki kişi həmkarı ilə duet oxuyacağını da söyləyib: 

“Bir həftədir artıq Elçin Cəfərovla “Səni sevirəm” dueti işıq üzü görüb. Mahnı çox sevildi, inşallah yaz aylarında klip də çəkdirəcəyik. Qızla oğlan sevgidən mahnı oxuyanda, əsasən də bu ifa hitə çevriləndə dedi-qodular yaranır. Ola bilsin ki, Elçinlə aramızda sevgi münasibəti olduğunu düşünənlər var. Aramızda belə bir münasibət ola bilməz, biz yaxın dostuq, bir-birimizi çox istəyirik.  Abbas Bağırov ilə həmçinin duet ifa edəcəyik. Mahnı demək olar ki, hazırdır. Abbas üzərində işləyir, tam hazır olduğuna inananda mahnını lentə alacağıq.  Eltonla da  duet olacaq. Bilirsiniz ki, Tolik Eltonla da işbirliyinə başlayıb. O, işini yaxşı bacarır, ona çox inanıram”.

Hər zaman gülərüzlüyü ilə seçilən ifaçı bunun səbəbini tamaşaçıya mənfi enerji ötürmək istəmədiyi ilə əlaqələndirib: 

“Mən insanam. Bəzən inciyirəm, əsəbləşirəm, ağlayıram. Ancaq bunu tamaşaçıya bəlli etmirəm, hər zaman gülərüz oluram, istəmirəm tamaşaçı məndən mənfi enerji alsın.  Elə olub ürəyim qan ağlayıb, evə gedib  ağlamışam. Ancaq efirdə gülmüşəm. İstəmirəm yaxın dostumu da problemimlə incidim”.  

Könül