Araz Ağalarov 40 milyardlıq layihədə iştirak edə bilər

araz-agalarov-40-milyardliq-layihede-istirak-ede-biler
Oxunma sayı: 2345

Azərbaycanlı iş adamı, milyarder Araz Ağalarova məxsus “Crocus Group” holdinq Rusiyanın “Vostoçnı” kosmodromunun tikintisində “Roskosmos”un yeni podratçısına çevrilə bilər. “Qafqazinfo” xəbər verir ki, bu barədə “RBK” və “The Bell” saytlarına “Roskosmos”un strukturuna yaxın mənbələr bildirib.

Mənbələrin sözlərinə görə, hələ ki, “Crocus Group”la danışıqlar aparılır. Ehtimal olunur ki, A. Ağalarovun şirkəti “Anqara” raketi üçün start kompleksini inşa edəcək. Lahiyənin qiyməti 40 milyard rubl (təxminən 1,036,000,000 manat) qiymətləndirilir.

Ağalarovun holdinqinin layihəyə dəvət olunması əvvəlki baş podratçı “Kazan” İstehsalat Tikinti Birliyinin işlərə vaxtında başlamaması ilə əlaqədar olub. 

“RBK”nın mənbəsi “Crocus”un dövlət korporasiyasının podratçısı olma ehtimalının 90% olduğunu vurğulayıb.

Qeyd edək ki, Araz Ağalarov ötən il 1,8 milyard dollar sərvəti ilə Rusiyanın zəngin insanları arasında 54-cü yerdə qərarlaşıb.