Bakı Ağır Cinayətlər Məhkəməsində məşhur “Araz” marketin həyətində qətl törətməkdə təqsirləndirilən Surxay Əliyevə hökm oxunub.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Eldar İsmayılovun icraatında olan prosesdə məhkəmə kollegiyasının hökmü ilə S.Əliyev 18 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, 2018-ci il iyunun 20-də Sabunçu rayonunun Maştağa qəsəbəsində yerləşən “Araz” marketin yaxınlığında orada satıcı işləyən Zabrat qəsəbə sakini Surxay Əliyev münaqişə zəminində iş yoldaşları, qəsəbə sakinləri Vüqar Hüseynzadəyə və Kənan Səlimova bıçaqla xəsarət yetirib. Çoxsaylı xəsarət almış V.Hüseynzadə hadisə yerində ölüb, K.Səlimov isə xəsarətlə xəstəxanaya yerləşdirilib.
S.Əliyev Bakıxanov qəsəbəsinin ərazisində saxlanılıb.
“Araz Supermarket” hadisədən sonra verdiyi açıqlamada bildirib ki, S.Əliyev mağaza daxilində icarəyə götürülən yerdə satıcı işləyib və “Araz”ın rəsmi işçisi deyil. Digər iki şəxs isə “Araz”ın satıcıları olub.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər