Arvadını öldürən şəxs təslim oldu-Kriminal xəbərlər

arvadini-olduren-sexs-teslim-oldu-kriminal-xeberler
Oxunma sayı: 659

İyunun 19-da Yeni Yasamal 2-də yaşayanlar Malik Abdullayev yaşadığı evdə ailə münaqişəsi zəminində həyat yoldaşı Təranə Abdullayevaya çoxsaylı bıçaq zərbələri vuraraq xəsarət yetirib və nəticədə o, KTM-də ölüb. Cinayətdə şübhəli bilinən M.Abdullayev könüllü olaraq Yasamal RPİ 29-cu PB-yə gələrək təslim olub.

İyunun 18-i saat 01 radələrində Zığ-Hövsan yolunda Bakı şəhər sakinləri Dadaş Dadaşovun idarə etdiyi “Mersedes” markalı mikroavtobusla Oqtay Şahbazovun idarə etdiyi “Mersedes” markalı avtomobil toqquşub. Nəticədə, O.Şahbazov hadisə yerində ölüb, D.Dadaşov və sərnişini İntiqam İsmayılov 3 saylı xəstəxanada tibbi yardım alaraq evə buraxılıblar.

İyunun 1-nə keçən gecə Biləcəri qəsəbəsi Binəqədi şossesində Xudayar Hüseynova məxsus mağazadan qapının qıfılını sındırma yolu ilə ehtiyat avtohissələr oğurlanıb. Binəqədi RPİ CAŞ əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Masazır qəsəbə sakini Maarif Quliyev iyunun 18-də yaxalanıb.

Sabunçu RPİ 13-cü PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-in 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Dilbər Qurbanova iyunun 18-də tutulub.

İyunun 14-də Bakı şəhər sakinləri Kamran Əsədli döş qəfəsindən, Şamxal Mehdiyev isə qarın nahiyəsində daxilə nüfuz edən bıçaq xəsarətləri ilə Azərsutikinti xəstəxanasına daxil olub. Xətai RPİ 35-ci PB və Sumqayıt ŞPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən Bakı şəhər sakinləri Elnur Məmmədov və Kənan Nuriyev iyunun 18-də Sumqayıt şəhərində yaxalanıblar.